Gündəm

ABŞ Türkiyənin Afrin əməliyyatına "hə" DEDİ - MÜƏMMALI OYUN

16 Yanvar 2018 15:21

Pentaqon Türkiyənin Afrin əməliyyatına mane olmayacaq. Bu barədə ABŞ-ın rəhbərliyi altında koalisiya güclərinin sözçüsü Ryan Dillon deyib. “Afrin koalisiya güclərinin əməliyyat sahəsinə daxil deyil”, - deyə o bildirib.

Şamaxıda vulkan püskürüb

16 Yanvar 2018 15:19

Şamaxı rayonunda palçıq vulkanı püskürür. Vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda davam edir.

İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu

16 Yanvar 2018 15:06

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

“Böyük dövlətlər imkan vermir ki, Ermənistanı yerində oturdaq”

16 Yanvar 2018 15:01

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə yanvarın 18-də Polşada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüş keçirəcək. Bu görüş sülh prosesinə necə təsir göstərə bilər?

Rusiyada ticarət mərkəzi boşaldıldı - BOMBA həyəcanı

16 Yanvar 2018 14:55

Rusiyada Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzi təxliyə olunub. Buna ticarət mərkəzinə boma qoyulması barədə anonim zəng səbəb olub. Məlumata görə, anonim zəng yerli polis idarəsinə daxil olub. Zəngdən dərhal sonra binadan 600-ə yaxın şəxs çıxarılıb. Hazırda ticarət mərkəzinin ətrafı nəzarətə götürülüb, polis binada axtarışları davam etdirir.

Şamaxıda buz bağlayan yollarda 2 qəza baş verdi: 5 yaralı var

16 Yanvar 2018 14:53

Şamaxı rayonuna yağan qar, şaxtalı və dumanlı hava səbəbindən bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtomobil yolları buz bağladığı üçün iki sürücü idarəetməni itirərək qəza törədib.

Türkiyə ordusu ABŞ-ın strateji mövqeyini məhv edəcək - HÜCUMDA İLK HƏDƏF AÇIQLANDI

16 Yanvar 2018 14:49

Afrin əməliyyatına hazırlanan Türkiyənin ilk hədəfləri məlum olub. Türk ordusu ilk növbədə PKK/PYD terrorçularının əlindəki Afrində 6 düşərgəni və Minniğ hərbi aerodromunu vuracaq. Minniğ aerodromu ABŞ-ın terrorçulara dəstək verdiyi əsas nöqtədir. Bu aerodromu sıradan çıxarmaqla Türkiyə ABŞ-ın əl-qolunu bağlamaq istəyir.

Murad Bozla səhnəyə çıxan Hadisə hərəkətləri ilə HAMINI ŞOKA SALDI - VİDEO

16 Yanvar 2018 14:47

Hadisənin Murad Bozla İstanbulda verdiyi açıq hava konsertində aqressiv davranışlar nümayiş etdirməsi hər kəsi şoka salıb. Müğənni yağışlı havada konsert verib. Yağışdan dolayı konsertdə musuqi alətlərində və cihazlarda problem yaranıb. Hadisənin özündən çıxmasına da səbəb bu olub.

“Münaqişənin həlli ilə bağlı prinsiplər artıq bəllidir”

16 Yanvar 2018 14:45

“Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Əhalinin mənzillə təminatı üçün kredit imkanları genişləndirilir

16 Yanvar 2018 14:39

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mahiyyətini əhalinin sosial rifahının yüksəlməsi, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təmin edir.

“Hazırkı ikirəqəmli inflyasiyanın iqtisadi əsası yoxdur”

16 Yanvar 2018 14:38

Ötən ilin sonlarından başlayaraq müşahidə olunan qiymət artımını hələ də nizamlamaq mümkün olmayıb. Belə ki, bir sıra gündəlik tələbat mallarında qeydə alınan bahalaşma əhalinin gəlirlərinin böyük hissəsini özünə cəlb etməkdədir.

AzTU-da açıq qapı təşkil olunub

16 Yanvar 2018 14:35

Yanvrın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişini izləmək üçün universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub.

“Dövlət bayrağının  tarixi” təbliğ olunur

16 Yanvar 2018 14:34

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir. “OLAYLAR”-a Təhsil İdarəsindən bildirilib ki, səyyar mühazirələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə keçirilir. Mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

İqtisadi inkişafın Azərbaycan modeli

16 Yanvar 2018 14:32

2017-ci ildə ölkədə həyata keçirilən səmərəli iqtisadi siyasət ölkəmizin tərəqqisini təmin etməklə yanaşı, qarşıdakı illərdə də dayanıqlı inkişafın təmin olunması üçün etibarlı zəmin yaradıb. Bütün istiqamətlərdə əldə edilən nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan ilk ayını yaşadığımız 2018-ci ildə də uğurlu nəticələr əldə edəcək.

20 Yanvar-xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi

16 Yanvar 2018 14:29

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Cox nadir hallarda bu iki məqam ust-ustə duşur. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O mudhiş gecə Azərbaycan xalqı sınağa cəkildi. Həm xalqın oz icində yetişdirdiyi qəhrəmanlar uzə cıxdı, həm də ona başcılıq edənlərin kimliyi bəlli oldu. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil.