AzTU-da açıq qapı təşkil olunub

Yanvrın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişini izləmək üçün universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub.

Yanvrın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişini izləmək üçün universitet İctimai Şurasının üzvləri, KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, qonaqlar auditoriyalarda imtahanların gedişini izləyib, qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.
AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, bu il qış imtahan sessiyasında təxminən doqquz minə yaxın tələbə iştirak edir. Bütün I , II kurs və Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri, eləcə də magistrantlar yazılı, bakalavriat səviyyəsinin III və IV kurslarında təhsil alan tələbələr isə test üsulu ilə imtahan verirlər. 
Sonda təhsil ekspertləri, media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31