Gündəm
Balkan böhranı: Serbiya danışıqları dayandırdı
Serbiya Brüsseldə keçiriləcək Kosova ilə dialoqun növbəti mərhələsində iştirakdan imtina edib. Bunu jurnalistlərə açıqlamasında Serbiya hökumətinin nümayəndəsi Marko Curiç söyləyib. Onun sözlərinə görə, Belqradın göndərdiyi nümayəndə heyəti serb siyasətçi Oliver İvanoviçin qətlinə görə görüşdən imtina edərək geri qayıdıb. O bu qətlin əsas hədəfinin Kosovanın şimalında xaos yaradaraq, bölgə əhalisini konfliktə cəlb etmək olduğunu bildirib.
Ərdoğan Vatikana gedir – 59 il sonra
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 5-də Vatikana səfər edəcək. Ərdoğan Vatikanda Roma papası Fransisklə görüşəcək. Görüşdə əsas müzakirə mövzusu Qüds məsələsi olacaq.
Xalq artisti xəstəxanaya yerləşdirildi
Xalq artisti Böyükxanım Əliyeva xəstəxanaya yerləşdirilib. Bu sözləri açıqlamasında xalq artisti Böyükxanım Əliyevanın kürəkəni, tanınmış aktyor Qurban Məsimov deyib. Onun sözlərinə görə, aktrisa bu gün səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılıb: “Hazırda reanimasiya şöbəsindədir və həkim nəzarəti altındadır. Vəziyyəti hələ ki ağırdır. Yüngülləşsə, palataya köçürüləcək”.
"Moody's": Azərbaycanda bank sektorunun zəif oyunçuları bazarı tərk edəcək
“Azərbaycanda bank sektorunun konsolidasiyası 2018-ci ildə də davam edəcək”. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən bildirilib. Agentliyin mütəxəssisləri qeyd edir ki, problemli banklarla bağlı əsas məsələ kapital çatışmazlığıdır.
"Moody's": Azərbaycanda banklara qarşı tədbirlər sərtləşdirilə bilər
“Azərbaycanda bank sisteminin kapitallaşması artırılmalıdır”. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən bildirilib. Agentliyin mütəxəssisləri qeyd edir ki, Beynəlxalq Bankın restrukturizasiya prosesinin başa çatması və kapital adekvatlığının bərpasından sonra, ümumilikdə bank sisteminin də kapital mövqeyi yaxşılaşmalıdır.
"Bu şəhərdə"nin Coşqunu da xəstəxanaya yerləşdirildi: Əməliyyat olunur
"Bu Şəhərdə"nin üzvü, aktyor Coşqun Rəhimov rinoplastika estetik əməliyyatı üçün xəstəxanaya yerləşdirilib. Əməliyyat saat 12-yə işləmiş başlayıb və minimum 18:00, maksimum 19:00-da bitəcək.
54 yaşlı həkim tərəfindən zorlanan 20 yaşlı qız: "Hekayəmi danışmaqdan qorxmuram" - VİDEO
Amerikalı gimnast Simona Bayls keçmiş yığma komanda həkimi Lari Nassar tərəfindən təcavüzə məruz qaldığını deyib. 2016-cı il Rio Olimpiya oyunlarında 4 qızıl medal qazanan 20 yaşlı qız həkim haqqında bu cür iddia irəli sürən ilk idmançı deyil. Baylsdan öncə Qabbi Duqlas, Makkayla Maronet və Ali Raysman da Nassarı təcavüzdə ittiham etmişdi.
Saakaşvili istintaqda dindirilir
Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili növbəti dəfə ifadə vermək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə gəlib. O, cinayətkar qrup iştirakçılarına kömək göstərilməsi işi üzrə istintaq işində şübhəli şəxs qismində dindirilir. Məlumata görə, istintaq yerli vaxtla saat 12:00-a təyin edilsə də, M.Saakaşvili 20 dəqiqə gecikmə ilə çatıb.
Orfoqrafiya lüğətindən 10 min söz çıxarılacaq
"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var". Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: "Məsələn, orfoqrafiya lüğətinin son nəşrində "qarğamaq" və "qarğımaq" sözləri yazılıb. Düzgün variant təbii ki, "qarğımaq"dır".
Kiyev qarışdı: Radanın önünə 4 min polis yeridildi
Ukraynanın paytaxtı Kiyevdə Rada binasının qarşısında etirazçılarla hüquq mühafizə orqanları arasında toqquşma baş verib. Bu barədə “112 Ukraina” televiziyası məlumat yayıb.
Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında
Britaniyanın “Telegraph” qəzeti dini etiqad səviyyəsinə görə dünyanın müxtəlif ölkələrinin xəritəsini hazırlayıb. Aparılan sorğunun nəticələrinə görə, Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasına düşərək, 13-cü yerdə qərarlaşıb.
Şəhərlə kənd arasındakı fərq aradan qaldırılır
Sirr deyil ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində siyasi və makroiqtisadi sabitliyə nail olunub, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin simasını dəyişməklə yanaşı, əhalinin sosial-rifahına da müsbət təsir göstərib.
Dünyada ilk dəfə - QARĞIDAN HEYKƏLLƏR
Türkiyəli sənətkar Abdullah Şengörənoğlunun dünyada bir ilkə imza atıb. Olaylar.az bildirir ki, onun düzəltdiyi qarğıdan ibarət olan kiçik heykəllər yanvarın 17 – dən fevralın 11 – dək İstanbul-Schneidertempel İncəsənət mərkəzində sərgilənəcək.
Hesablama Palatası İşsizlikdən sığorta fondu barədə rəy verdi
“İşsizlikdən sığorta fondunun 2018-ci büdcəsinin gəlir mənbələrini “İşsizlikdən sığorta haqqında” qanunla müəyyən edilmiş mənbələrlə müqayisə etdikdə, fondun gəlirlərinin tərkibində konkret olaraq yalnız sığorta haqlarının göstərildiyini deyə bilərik. Digər mənbələr isə ümumiləşdirilərək “sair gəlirlər” kimi qeyd edilib, sair gəlirlər tərkibi açıqlanmadan təqdim edilib”.
Birgə anım tədbiri və hər iki təşkilata tövsiyə
“20 Yanvar” və “İranlı Mühacirlər Cəmiyyəti” ictimai birliklərinin üzvləri yanvar faciəsinə aid birgə tədbir keçiriblər. Beynəlxalq Mətbuat Mərkəzində düzənlənən “dəyirmi masa”da hər iki qurumun təmsilçiləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, qanlı olaylar zamanı yaralanan, sağlamlığını itirən insanlar, alimlər və təhqiqatçılar iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət himni səslənib və müstəqillik yolunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.














