Gündəm
Qeyri-qanuni dini təbliğat aparan 142 nəfər inzibati məsuliyyətə cəlb olunub
Paytaxtın Nizami, Yasamal, Qaradağ, respublikanın Gəncə, Şirvan, Quba, Xaçmaz, Tərtər şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Əfqanıstanda torpaq davası - Onlarla ölü və yaralı
Əfqanıstanın cənubunda iki tayfa və “Taliban” arasında baş vermiş toqquşma nəticəsində 30 nəfər həlak olub, daha 40 nəfər xəsarət alıb. Məlumata görə, münaqişə tayfalar arasında torpaq mübahisəsi ilə əlaqədar başlayıb.
Ərdoğan: "Trampa zəng etməyəcəyəm"
“Suriya məsələsinə görə ABŞ Prezidenti Donald Trampa zəng etmək niyyətində deyiləm”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan hazırda D.Trampa zəng etməyi nəzərdə tutmadığını bildirib: “Çünki əvvəllər bu məsələləri müzakirə etmişik. Razılaşmamıza görə o, mənə zəng etməli idi. Ona görə də o mənə zəng etməyənə qədər, mən ona zəng etməyəcəyəm”.
Teatrda yeni tamaşa - “Çeburaşka”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş E.Uspenskinin “Çeburaşka” əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Olaylar.az bildirir ki, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, rəqslər və səhnə hərəkəti üzrə baletmeyster Ceyhun Dadaşovdur.
Ətraf mühitə zərərin vurulmaması üçün qabaqlayıcı tədbirlər görülür
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. “OLAYLAR” Gəmiçiliyə istinadən xəbər verir ki, əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür.
“Qarabağ. Əsrlərin salnaməsi” kitabının təqdimat mərasim keçiriləcək
Yanvarın 18-də saat 14:00-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Qarabağ. Əsrlərin salnaməsi” kitabının təqdimat mərasimi keçiriləcək. “OLAYLAR” nazirliyə istinadənb xəbər verir ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin, “PAŞA Həyat Sığorta” ASC-nin və “SILK WAY GROUP” Şirkətinin dəstəyi ilə “IRS Publishing House” nəşriyyatında Azərbaycan, ingilis və rus dillərində işıq üzü görüb. Kitabda Qarabağın tarixi – Azıx mağarasında qədim insanların məskunlaşdığı zamanlardan günümüzədək davam edən uzun bir dövr əhatə olunub.
Kanada ilə dini sahədə əməkdaşlıq məsələləri müzakirə edilib
Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner ilə görüşüb. “OLAYLAR”-a daxil olan məlumata görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qonağa ölkəmizdəki nümunəvi tolerantlıq mühiti, ayrı-ayrı dini konfessiya nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, dövlətin dinə qayğısı barədə danışıb. 28-i qeyri-müsəlman olmaqla 793 dini icmanın dövlət qeydiyyatından keçdiyini, dini icmalara cənab Prezidentimiz tərəfindən mütəmadi olaraq maliyyə yardımı ayrıldığını diqqətə çatdırıb.
Cərrahi əməliyyatların sayı 4 dəfə artıb - BAŞ HƏKİM
İl ərzində Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına kritik vəziyyətdə olan 92 hamilə və zahıya dair 183 dəfə çağırış edilib. Bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalovun məlumat verib. Onun sözlərinə görə, onlardan 32-nin Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verilib: “2017-ci ildə ölkəmizdə ilk dəfə təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyalar həyata keçirilib. Bu günədək 600-dən çox müraciətin telesəhiyyə texnologiyaları vasitəsilə cavablandırılıb, xəstələrə məsafədən vaxtında məsləhətlər verilib”.
ABŞ-dan türk əsgərlərinə qarşı XAİN ADDIM
ABŞ PYD ilə gizli razılığa gələrək, Afrindəki YPG güclərinə (PYD-nin silahlı qanadı) səyyar minaatanlar verib. Bu barədə “RİA Novosti” “Əl Masdar News”-a istinadən məlumat yayıb. Məlumata görə, qısa mənzili səyyar minaatanlar ötən həftə gizli şəkildə Afrinə daşınaraq, YPG-yə təhvil verilib. Terrorçular bu silahlardan Türkiyə ordusuna qarşı istifadə edəcəklər.
London butikləri, bahalı plastik əməliyyat, gecə barlarında əyləncələr...
Vətəndaşların bunu yalnız iqtidar sahiblərindən deyil, hakimiyyətə iddia edən siyasi qüvvədən də soruşmağa haqqı var. Ələlxüsus ona görə ki, həmin bu siyasi qüvvə ədalət, bərabərlik və qardaşlıq kimi dəyərli şüarlardan ikiüzlü şəkildə istifadə edir.
"Sənin anan, bacın da əxlaqsızdır" - MƏHKƏMƏDƏ ŞOK İFADƏ
Bakıda sevdiyi qadını öldürməkdə və iki nəfəri də yaralamaqda təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Sənan Məmmədov 19 il azadlıqdan məhrum edilib.
"Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır". Bunu Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman deyib. İ.Kahraman deyib ki, Türkiyə münaqişənin həllində Azərbaycanı dəstəkləyir.
Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək
Yanvarın 25-də Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir ötən il təşkil olunmuş 2-ci Forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr olunacaq.
“Məhəmmədəmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti " adlı tədbir keçiriləcək
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində “Məhəmmədəmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti " adlı tədbir təşkil olunacaq. Bu barədə məlumatı “OLAYLAR”-a liseyin tarix müəllimi Elmar Həsənli verib.
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 8 əsas və 27 alt bölmədən ibarətdir.














