Gündəm
Dağlıq Qarabağda Ermənistan əsgəri intihar edib
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində meyiti tapılan Ermənistan ordusunun əsgərinin ölümünün səbəbi məlum olub.
Pensiyaçılara ŞAD XƏBƏR: Bu axşamdan...
"Artıq bu gündən respublikamızda yanvar ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsinə başlanıb. Axşam saatlarında və ya sabah səhər saatlarında vəsait hesablara oturacaq və Bakı şəhəri üzrə pensiyaçılar pensiyalarını ala biləcəklər". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
Qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib
Azərbaycanda dini ədəbiyyatın qanunsuz satışı ilə məşğul olan şəxslər barəsində tədbir görülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində “Dini etiqad azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
Məmmədyarov fransız tələbələri Azərbaycana təhsilə çağırdı
Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Fransanın ali təhsil, tədqiqat və innovasiyalar naziri Frederik Vidal ilə görüşüb. Xarici İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüş zamanı nazirlər iki dövlət arasında təhsil sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün sahələrində inkişafından məmnunluq ifadə etdilər.
Nəsimi rayonunda xatirə guşəsinin açılış mərasimi keçirilib
Yanvarın 16-da Nəsimi rayonu H.Seyidzadə küçəsi 25 ünvanında 20 yanvar hadisələri zamanı həlak olmuş Qasımov Abbas Şəmməd oğlunun və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun yaşadıqları binanın həyətində onların xatirəsinə həsr edilmiş guşənin açılışı olub.
İlham Əliyev: “Türkiyə ilə Azərbaycan bu il də böyük layihələr həyata keçirəcək” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumata görə, V. Bozkır bildirib ki, Bakıya budəfəki səfərinin məqsədi Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsi ilə birgə keçirilən iclasda iştirak etməkdir.
Milli Qəhrəmanlar yad edildilər
Yanvarın 16-da Binəqədi Mərkəzi Mədəniyyət Evində xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Binəqədi Mərkəzi Mədəniyyət Evində Milli qəhrəmanlarımız Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə həsr edilmiş “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” adlı sənədli filmlər nümayiş olunub. Olaylar.az bildirir ki, rejissor İltifat Hacıxanoğlunun öz ssenarisi əsasında lentə aldığı ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.
Gürcülər Rusiyanı ABŞ-dan güclü hesab edir
Gürcülər Rusiyanı ABŞ-dan hərbi baxımdan daha güclü hesab edirlər. Bu nəticə Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, əhalinin 41%-i Rusiyanı, 36%-i isə ABŞ-ı güclü hesab edir.
Bu kəndin adamları - 62 dərəcə soyuqda yaşayır
Rusiyanın Saxa-Yakutiya bölgəsindəki Oymyakon kəndi dünyanın ən soyuq havalı kəndi sayılır. Oymyakon ulusunda, İndiqirka çayının sahilində yerləşən bu kənddə yanvar ayında havanın orta temperaturu -50 dərəcə olur.
"İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı oldu
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmultikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı keçirilib.
Elə asqırdı, boğazı cırıldı
Böyük Britaniya sakini asqırmamaq üçün etdiyi uğursuz cəhddən sonra xəstəxanaya yerləşdirilib. Məlumata görə, 34 yaşlı şəxs asqırıq zamanı ağzını və burnunu sıx örtüb və boynunda nəyinsə partladığını hiss edib. Xəstəxanada həyata keçirilən müayinə nəticəsində həkimlər həmin şəxsin boğaz divarının parçalandığını müəyyən ediblər. O, xəstəxanaya yerləşdirilib və bir neçə gün ərzində yalnız mədə zondu vasitəsilə qidalanıb.
İldə Azərbaycana 200 mindən çox Türkiyə vətəndaşı gəlir
Azərbaycan Türkiyə vətəndaşlarının ən çox səfər etdiyi 10 ölkə arasındadır. Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) məlumatlarına görə, ötən il bu ölkədən Azərbaycana 212 min nəfər gəlib.
“Suriyadakı bütün terror yuvalarını bir-bir dağıdacağıq”
“İnşallah yaxın vaxtlarda Afrin və Münbiç şəhərlərindən başlayaraq Suriyadakı bütün terror yuvalarını bir-bir dağıdacağıq”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, buna nə müttəfiqimiz kimi görünüb kürəyimizdən vurmağa qalxanlar əngəl ola bilər, nədə ki siyasətçi görünüşlü terrora dəstək verənlər mane ola bilər.
İran XİN: “ABŞ ordusunu Suriyadan çıxartmalıdır”
"ABŞ qəbul etdiyi son qərarla Suriyanın daxili işlərinə açıq-aşkar müdaxilə edir”. Bunu İranın xarici işlər nazirinin sözçüsü Bəhram Qasımi bildirib. XİN sözçüsü qeyd edib ki, bu qərar ölkədə böhranı daha da çıxılmaz vəziyyətə gətirəcək: “İran Türkiyə və Rusiya Astana sammitində Suriya ilə bağlı birgə qəbul etdiyi qərara əsasən bu ölkədəki böhranı nəzarət altına almağı çalışırlar. Bu məsələdə irəliləyişlər də əldə edilib”.
35 ildən sonra ilk dəfə kinoteatrlarda film izlənilib – Səudiyyə Ərəbistanında
Krallıqda uzun illərdən sonra ilk dəfə kinoteatrlara lisenziya verilib. Amma hələki, tamaşaçılar üçün müvəqqəti yerlər təchiz olunub. Səudiyyə Ərəbistanı xalqı 35 ildən sonra ilk dəfə geniş ekranda film izləyib.




.jpg)









