İran XİN: “ABŞ ordusunu Suriyadan çıxartmalıdır”
"ABŞ qəbul etdiyi son qərarla Suriyanın daxili işlərinə açıq-aşkar müdaxilə edir”. Bunu İranın xarici işlər nazirinin sözçüsü Bəhram Qasımi bildirib. XİN sözçüsü qeyd edib ki, bu qərar ölkədə böhranı daha da çıxılmaz vəziyyətə gətirəcək: “İran Türkiyə və Rusiya Astana sammitində Suriya ilə bağlı birgə qəbul etdiyi qərara əsasən bu ölkədəki böhranı nəzarət altına almağı çalışırlar. Bu məsələdə irəliləyişlər də əldə edilib”.
16 Yanvar 2018 16:50 Dünya"ABŞ qəbul etdiyi son qərarla Suriyanın daxili işlərinə açıq-aşkar müdaxilə edir". Bunu İranın xarici işlər nazirinin sözçüsü Bəhram Qasımi bildirib. XİN sözçüsü qeyd edib ki, bu qərar ölkədə böhranı daha da çıxılmaz vəziyyətə gətirəcək: "İran Türkiyə və Rusiya Astana sammitində Suriya ilə bağlı birgə qəbul etdiyi qərara əsasən bu ölkədəki böhranı nəzarət altına almağı çalışırlar. Bu məsələdə irəliləyişlər də əldə edilib".
B. Qasımi vurğulayıb ki, ABŞ ordusunu Suriyadan çıxartmalıdır: "Gec qalmış olsa belə ABŞ Suriya xalqının gələcəyi üçün bunu etməlidir. Bundan sonra Suriya ordusu və müttəfiqlər İŞİD VƏ Əl-Nüsrə kimi terror təşkilatlarına qarşı müvəffəqiyyətli qələbələr qazanıla bilər". Azadinform.az