Nəsimi rayonunda xatirə guşəsinin açılış mərasimi keçirilib
Yanvarın 16-da Nəsimi rayonu H.Seyidzadə küçəsi 25 ünvanında 20 yanvar hadisələri zamanı həlak olmuş Qasımov Abbas Şəmməd oğlunun və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun yaşadıqları binanın həyətində onların xatirəsinə həsr edilmiş guşənin açılışı olub.
16 Yanvar 2018 17:26 SosialYanvarın 16-da Nəsimi rayonu H.Seyidzadə küçəsi 25 ünvanında 20 yanvar hadisələri zamanı həlak olmuş Qasımov Abbas Şəmməd oğlunun və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun yaşadıqları binanın həyətində onların xatirəsinə həsr edilmiş guşənin açılışı olub. "Olaylar" xəbər verir ki, açılışda şəhid Namiq Əliyevin təhsil aldığı Nəsimi rayonu 9 saylı tam orta məktəbin müəllim və şagirdləri, "Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri" İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, 20 yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev və cəmiyyətlərin üzvləri iştirak edirdilər. Xatirə guşəsinin açılışında Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva cıxış edərək bildirib ki, 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix dünyanın hər yerində Azərbaycan xalqının azadlığı və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edilib.Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Əliyev Namiq Famil oğlunun təhsil aldığı 9 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə təşkil edilmiş anım mərasimi ilə davam edib.