Milli Qəhrəmanlar yad edildilər

Yanvarın 16-da  Binəqədi Mərkəzi Mədəniyyət Evində xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Binəqədi Mərkəzi Mədəniyyət Evində Milli qəhrəmanlarımız Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə həsr edilmiş “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” adlı sənədli filmlər nümayiş olunub. Olaylar.az bildirir ki, rejissor İltifat Hacıxanoğlunun öz ssenarisi əsasında lentə aldığı ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

Yanvarın 16-da  Binəqədi Mərkəzi Mədəniyyət Evində xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Binəqədi Mərkəzi Mədəniyyət Evində Milli qəhrəmanlarımız Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə həsr edilmiş "Laçın qartalı" və "Şərəfli ömrün manifesti" adlı sənədli filmlər nümayiş olunub.

Olaylar.az bildirir ki, rejissor İltifat Hacıxanoğlunun öz ssenarisi əsasında lentə aldığı ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aynur Nalbənd, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Muradzadə, Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, həmçinin "N saylı" hərbi hissənin əsgər və zabit heyətinin iştirak etdiyi  tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Həsənov çıxış edərək 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, igid oğullarımızın respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31