“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 8 əsas və 27 alt bölmədən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet səhifəsi yaradılıb. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan və ingilis dillərində hazırlanan "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 8 əsas və 27 alt bölmədən ibarətdir.

Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə bağlı il ərzində keçirilən tədbirlər, görülmüş işlər və yeniliklər "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet səhifəsində (www.imp.nakhchivan.az) öz əksini tapacaq.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31