Şəhərlə kənd arasındakı fərq aradan qaldırılır

Sirr deyil ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində siyasi və makroiqtisadi sabitliyə nail olunub, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin simasını dəyişməklə yanaşı, əhalinin sosial-rifahına da müsbət təsir göstərib.

Regionların sosial-iqtisadi inkişafı buna zəmin yaradır

Sirr deyil ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində siyasi və makroiqtisadi sabitliyə nail olunub, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılıb, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin simasını dəyişməklə yanaşı, əhalinin sosial-rifahına da müsbət təsir göstərib. Xüsusilə, son 10 ildə bütün sahələrdə böyük uğurlar qazanılıb, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olub. Ölkə bölgələrinin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində də son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanıb. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacağı şübhə doğurmur.
Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında əksini tapmış layihələrin icrası uğurla həyata keçirilməkdədir. Belə ki, sözügedən infrastruktur layihələrin icrası məqsədilə dövlət tərəfindən lazımi vəsaitin ayrılmasına baxmayaraq proses şəxsən dövlət başçısı İlham Əliyevin nəzarətindədir. Məlum olduğu kimi dövlət başçısı mütəmadi olaraq regionlara səfər edərək dövlət proqramlarında nəzərdə tutulan layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olaraq tapşırıq və tövsiyyələrini verir. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev qeyd edib ki, belə layihələrin həyata keçirilməsi bölgədə yaşayan vətəndaşlar üçün çox önəmlidir: "Regionların inkişafı daim diqqət mərkəzində olmuşdur. Keçən il mən 30-dan çox rayona səfər etmişəm. Bu səfərlər çərçivəsində həm yeni müəssisələrin açılışları qeyd olunmuşdur, yeni müəssisələrin təməli qoyulmuşdur, həm də bölgələrdə gedən vəziyyətlə bağlı mənə məruzələr edilmişdir. Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram". Yeri gəlmişkən xatırladaq ki, prezident İlham Əliyev təkcə 2017-ci il ərzində 30-dan artıq rayona səfər edib, yeni-yeni müəssisələrin açılışında, təməlinin qoyulma mərasimində iştirak edib. Bölgələrdə həyata keçirilən abadlıq işlərinin real vəziyyəti ilə əyani tanış olaraq müvafiq qanunvericilk aktları imzalayıb. Məhz bunun nəticəsidir ki, regionlarda infrastruktur layihələrin icrası uğurla aparılıb, elektrik təchizatı və qazlaşma işi maksimum həddə çatdırılıb. Məlumat üçün qeyd edək ki, regionların elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə yeni yarımstansiyalar istifadəyə verilib. Respublika üzrə qazlaşdırma səviyyəsi 93 faizə çatdırılıb, 1300 kilometr avtomobil yolu çəkilib. Həyata keçirilən infrastruktur layihələri çərçivəsində çeş yüzdən artıq kəndə yeni yol salınıb, içməli su ilə təmin edilib. Onu da qeyd edək ki, regionlarda infrastruktur və sosial lahihələrin həyata keçirilməsi bu il də davan etdiriləcək: "Keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılmışdır və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Elektrik təchizatı yaxşılaşdırılmışdır, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşmüşdür. Bizim sürətlə artan sənaye və kənd təsərrüfatı potensialımız tələb edir ki, elektrik təchizatının inkişafı daim diqqət mərkəzində olsun.Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Keçən ilin yekunlarına görə ölkəmizin 93 faizi qazlaşdırılıb. Bu il dövlət büdcəmizdə qazlaşdırma üçün əlavə vəsait nəzərdə tutulur. Bu rəqəm daha da artacaq.Görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahə suvarılmağa başlanmışdır. Bu, çox böyük rəqəmdir. Əlbəttə ki, kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına bunun çox böyük dəstəyi olacaq.2017-ci ildə 1300 kilometr avtomobil yolu salınmışdır. Bu da çox böyük göstəricidir. Beş yüzdən çox kəndə yeni yol salınmışdır. Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır. İçməli su layihələri uğurla icra edilir. Bir çox şəhərlərin içməli su problemi keçən il öz həllini tapıbdır. Biz bütövlükdə əsas infrastruktur layihələrinin icrası istiqamətində qarşımızda duran hədəfə demək olar ki, çatırıq". Şübhəsiz ki, regionlarda həyata keçirilən sosial-iqtisadi lahihələr vətəndaşların məşğulluq probleminin də çözülməsinə müsbət təsirini göstərib. Xatırlatmaq yerinə düşər ki, təkcə 2017-ci ildə 221 min yeni iş yeri açılıb ki, onların 177 mini daimi iş yeridir. Məlumata görə, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.
Qətiyyətlə demək olar ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritetinə çevrilib. Nəzərə almaq lazımdır ki, regionların sosilal-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinə yeni sima gətirib, kənd yolları asfatlaşdırılıb, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub, rabitə sistemi yüksək səviyyədə qurulub. Demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Regionlarda ən müasir tələblərə cavab verən yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istfadə edilməsi əhalinin məşğulluğunu daha da artırıb. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən əsası qoyulmuş məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiqi və icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. İnsanlar bu inkişafı gündəlik həyatında açıq şəkildə hiss edirlər. Artıq hamıya bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır. Sözssüz ki, dövlət proqramlarında nəzərdə tutulan infrastruktur layihələrin icrası paralel olaraq ölkədə kənd təsərrüfatının inkafına da təkan vermiş olur. Məlumat üçün qeyd edək ki,
dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası və qeyri-neft sektoruna xüsusi diqqət və qayğı nəticəsində ölkəyə daha çox valyuta gətirən məhsulların istehsalında rekord göstəricilərə nail olunub. Təkcə baramaçılıq sahəsindəki uğurlar da bundan xəbər verir. Mövcud vəziyyət isə ipəkçiliyin inkişafına yenidən təkan verib. Belə ki, 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə 24 rayon üzrə 70 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə, 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub. Başqa sözlə, bu il 2015-ci ilə nisbətən 337 dəfə çox yaş barama istehsal edilib. Bununla bərabər, keçən il baramaçılığın coğrafiyasının genişləndirilməsi məqsədilə çox ciddi addımlar atılıb: 37 rayonda 1,7 milyon tut tingi əkilib. Bu da 2019-cu ildə 1300 ton yaş barama istehsalına imkan yaratmaqla yanaşı, yerli müəssisələrin tam gücü ilə işləməsini təmin edəcək. Bu isə onun göstəricisidir ki, digər infrastruktur layihələrimiz də kənd təsərrüfatının inkişafına xidmət göstərir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31