“Böyük dövlətlər imkan vermir ki, Ermənistanı yerində oturdaq”
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə yanvarın 18-də Polşada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüş keçirəcək. Bu görüş sülh prosesinə necə təsir göstərə bilər?
16 Yanvar 2018 15:01 SiyasətAzərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə yanvarın 18-də Polşada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair növbəti görüş keçirəcək. Bu görüş sülh prosesinə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı açıqlama verən politoloq Rüstəm Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsi ilə bağlı reallıqda bir şey yoxdur: "Mən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişin olacağını düşünmürəm". Politoloq əlavə edib ki, dünyanın böyük dövlətləri aprel döyüşlərini bərpa edib Ermənistanı yerində oturtmağımıza imkan vermir. R. Məmmədov həmçinin il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün baş tutmasının mümkün olduğunu vurğulayıb. Azadinform.az