Məktəblərdə gender bərabərliyi dərsləri keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində gender bərabərliyinə həsr olunmuş dərslər təşkil edilir. “OLAYLAR”-a İdarədən bildirilib ki, dərslər YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan ümumi təhsil müəssisələrində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilir. YUNESKO-nun “Dünyanın ən böyük dərsi” layihəsi çərçivəsində dərslərin təşkil olunmasında əsas məqsəd məktəblərdə gender problemini müzakirə etmək və şagirdlərdə gender məsələlərinə adekvat münasibət formalaşdırmaqdan ibarətdir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində gender bərabərliyinə həsr olunmuş dərslər təşkil edilir. "OLAYLAR"-a İdarədən bildirilib ki, dərslər YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan ümumi təhsil müəssisələrində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilir. YUNESKO-nun "Dünyanın ən böyük dərsi" layihəsi çərçivəsində dərslərin təşkil olunmasında əsas məqsəd məktəblərdə gender problemini müzakirə etmək və şagirdlərdə gender məsələlərinə adekvat münasibət formalaşdırmaqdan ibarətdir.  Dərslərdə məktəblilərə gender məsələləri barədə ətraflı məlumat verilir, ölkəmizdə gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılır. Dərslərdə gender məsələlərindən bəhs edən videoçarxlar nümayiş olunur, şagirdləri maraqlandıran suallar cavablandırılır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 44, 145, 181 nömrəli tam orta məktəblər, 220 nömrəli məktəb-lisey və 160 nömrəli Klassik Gimnasiya YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvüdür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31