Gündəm

Mikayıl Cabbarov özünə yeni müşavirlər təyin etdi- YENİLƏNİB

16 Yanvar 2018 12:02

Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov özünə 3 yeni müşavir təyin edib. Bununla da onun müşavirlərinin sayı 5-ə çatıb.Məlumata görə, yeni müşavirlər Orxan Nəzərli, Abdulla Tağıyev və Xəqani Abdullayevdir.

Conson: “Dünyanı nüvə savaşından bu xalq xilas edəcək”

16 Yanvar 2018 12:00

Koreya Xalq Demokratik Respublikası (KXDR) “atom əsri”nin başlanğıcından ən ciddi təhlükədir. Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson “Qardiyan” nəşrinə açıqlamasında deyib. “Kim Çen Inın nüvə başlıqlı qitələrarası ballistik raketi buraxmaq qabiliyyəti dünya üçün ciddi təhlükədir”, - o əlavə edib. Consonun fikrincə, Çin Pxenyanı dayandırmağa və təhlükəni aradan qaldırmağa qadirdir: “Sonda problemi həll edə biləcək insanlar çinlilərdir”.

Əsl savaş burada BAŞ VERƏCƏK

16 Yanvar 2018 11:59

ABŞ-ın “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etməsindən sonra Fərat çayının şərqi Türkiyənin milli təhlükəsizlik məsələsinə çevrilib.

Axtarışda olan 19 nəfər saxlanıb

16 Yanvar 2018 11:56

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 15-dən 16-dək 117 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkəyə qanunsuz siqaret və telefon gətirilməsinin qarşısı alınıb

16 Yanvar 2018 11:55

Gürcüstandan qanunsuz gətirilən xeyli sayda mobil telefon və siqaret gömrükdə müsadirə olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edəcək

16 Yanvar 2018 11:52

2018-ci ilin birinci yarısında ölkədə fəaliyyət göstərən ilk-peşə ixitsas təhsili üzrə müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

Türk dünyası jurnalistlərin Zirvə görüşü keçirilib  

16 Yanvar 2018 11:51

Türkiyənin Koceli şəhərində "16 Ocak Basın Onur günü - Türk dünyası jurnalistlərin Zirvə görüşü" keçirilib. Bu barədə “OLAYLAR”-a məlumat verən zərvə görüşünün iştirakçısı, “Birlik” jurnalının baş redaktoru, ATXƏM-in icra katibi İlqar İlkin deyib ki. tədbir Türk dünyası Jurnalistlər Federasiyasının hazırladığı " Türk dünyası sənədli film göstərisi" ilə başlayıb: “Daha sonra tədbir panellərdə davam etdirilib.

8 tonluq PLOV bişirildi - Dünyada İLK

16 Yanvar 2018 11:50

Özbəkistanda dünyada ilk dəfə 8 ton ağırlığında plov bişirilib. Ötən il Daşkənddə keçirilən Ənnənəvi Mədəniyyət Festivalında bişirlən plovun çəkisi 7360 kiloqram olub. Hazırlanan özbək plovu Ginnesin Rekordlar Kitabına düşüb. Bu dəfə isə Surxandərya vilayətinin Denauy rayonunda hazırlanan 8 tonluq plov dünya mətbuatının diqqətini çəkib.

Tramp KXDR mövzusunda Çinlə ortaq qərar aldı

16 Yanvar 2018 11:48

Çin Xalq Respublikasının sədri Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp KXDR-də mövcud problemləri nizama salmaq məqsədilə telefon əlaqəsi saxlayıb. Bu barədə Çinin yerli mətbuat orqanları məlumat yayıb. Məlumata görə, liderlər iki tərəfli razılıq halında mövcud sferada yeni koordinasiya və daha güclü əməkdaşlıq haqqında fikir mübafiləsi ediblər. “Telefon söhbəti zamanı liderlər Koreya yarımadası məsələsində son irəliləmələri müzakirə edərək yeni çıxış yolları haqqında, həmçinin ikitərəfli iqtisadi və ticarət əməkdaşlığı haqqında sağlam dinamikanı davam etməyə razılıq veriblər.

Körpü uçdu: 10 nəfər öldü, 2 nəfər itkin düşdü

16 Yanvar 2018 11:46

Kolumbiyada inşa edilməkdə olan körpünün qəfildən uçması 10 nəfərin ölümünə səbəb olub. Hadisə zamanı ərazidə 40 nəfərə yaxın işçi heyəti olub. Dəhşətli hadisənin Kundinamarka və Meta departamentlərinin sərhəd istiqamətlərində baş veridyi bildirilir.

Biznesmen qızının toyundan möhtəşəm görüntülər

16 Yanvar 2018 11:43

Qazaxıstanda keçirilən dəbdəbəli toy milyonlarla dəyəri olan tortuyla qonaqların yaddaşına həkk olub. “Forbes Qazaxıstan”ın yazdığına görə, 1500 kiloqramlıq tort 3 milyon 750 min (təxminən 112 min 500 AZN) rubla başa gəlib. Tortu məşhur qənnadçı Renat Aqzamov hazırlayıb.

Qadınlara spirtli içkilərin satışı qadağan edildi

16 Yanvar 2018 11:42

Şri-Lankanın prezidenti Maytripala Sirisena qadınlara spirtli içkilərin satışını qadağan edib.  Bu qərar ölkənin bəzi yerlərində mühafizəkar buddistlər tərəfindən etirazla qarşılanıb.

"Yaşamaq şansım beş faiz idi" - Şeron Stoun

16 Yanvar 2018 11:36

Məşhur aktrisa Şeron Stoun ölümdən dönüb.  Bu barədə amerikalı akrisanın özü açıqlama verib. 59 yaşlı Stoun açıqlamasında 2001-ci ildə insult keçirdiyini söyləyib: “Yaşamaq şansım cəmi beş faiz idi.

Rafel İsgəndərov əməliyyat olundu

16 Yanvar 2018 11:34

Əməkdar artist Rafael İsgəndərov əməliyyat olunub. "Bu şəhərdə”nin instaqram səhifəsində Rafael İsgəndərovun xəstəxanada olan görüntüləri paylaşılıb. Aktyorun səhhətinin hazırda yaxşı olduğu yazılıb: “Yüngül əməliyyatdan sonra hər şey keçdi. Dostlara təşəkkürlər”. 

Ehtiyatda olan zabitlərin hərbi biletlərinin forması dəyişdirilib

16 Yanvar 2018 11:31

Azərbaycanda “Ehtiyatda olan zabitin hərbi biletinin forması” dəyişdirilib. Məlumata görə, bununla bağlı “Hərbi biletlərin formasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2015-ci il 4 dekabr tarixli 375 nömrəli qərarında dəyişikliklər edilib.