Gündəm

Bağçalara gedən uşaqlar üçün dövlət vəsaiti hesabına xüsusi geyimlər alınacaq

16 Yanvar 2018 11:29

Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib. Məlumata görə, dövlət məktəbəqədər təhsil müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir.

Putin: Kommunizm xristianlığa bənzəyirdi

16 Yanvar 2018 11:27

Kommunizm xristianlığa bənzəyirdi. Məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Leninin nəşinin basdırılması ilə bağlı mübahisələrə toxunan dövlət başçısı qeyd edib: "Bəlkə bir çoxlarının xoşuna gəlməyəcək, amma deyəcəyəm. Ateizm dövründə rahiblər yox edildi, kilsələr dağıdıldı.

Roma Papası Çiliyə gələn kimi etitazlar başladı

16 Yanvar 2018 11:25

Çilinin Konsepsyon şəhərində Roma Papası Fransiskin səfər vaxtına salınmış etiraz aksiyası nümayişçilərlə polis arasında qarşıdurma ilə başa çatıb. Məlumata görə, etirazçılar hökuməti Çilinin pontifikə olduğu kimi təqdim edilməməsinə görə tənqid ediblər. Polis aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə edib, 30 etirazçı saxlanılıb.

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun təmiri davam edir

16 Yanvar 2018 11:23

M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) əsaslı təmir olunması ilə bağlı imzaladığı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir.

Tələbələrin köçürülməsinə başlanılır

16 Yanvar 2018 11:21

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari ilin fevral ayının 1-dən etibarən transfer.edu.az portalı vasitəsi ilə sənəd qəbulu həyata keçiriləcək və bu proses fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Ermənilər 124 dəfə atəşkəsi pozub

16 Yanvar 2018 11:20

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 124 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Deputatlarımız bolqarıstanlı həmkarları ilə görüşəcəklər

16 Yanvar 2018 11:17

Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər.

Türkmənistan TƏPH-in tikintisinə Azərbaycanı cəlb edə bilər

16 Yanvar 2018 11:11

Aşqabad Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəmərinin Əfqanıstan hissəsini tikməyə hazırlaşır. TƏPH kəmərinin tikintisinin yubadılması Türkmənistanın siyasi davranışının nəticəsidir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. 

Dünyanın ən varlısı nə Messi nə də Ronaldudur - 20 milyardı olan 19 yaşlı Faiq

16 Yanvar 2018 11:09

Hazırda dünyanın ən böyük futbol ulduzları Lionel Messi və Kriştianu Ronaldudur. Sözsüz ki, onlar çox böyük sərvətə sahibdirlər. Ancaq dünyanın ən varlı futbolçusu nə Messi, nə Ronaldu nə də hansısa başqa bir ulduz deyil.

Cəllad ata və ana: 13 övladı kölə, qul kimi saxladılar

16 Yanvar 2018 11:02

ABŞ-ın Kaliforniya ştatında 17 yaşlı qızın çağırışı ilə hadisə yerinə yollanmış polis evdə soyuqdan titrəyən, bir dəri-bir sümük olan, aclıqdan səndirləyən 13 "əsir"i aşkarlayıb. Onların bəziləri zəncirlərlə çarpayılara bağlanmışdılar.

Aleksis Sançez üçün davam edən "döyüş"

16 Yanvar 2018 11:00

"Arsenal"ın hücumsçusu Aleksis Sançezi daha bir klub öz heyətinə qatmaq istəyir. Çilili futbolçunu transfer etmək üçün gedən "döyüşlərə" "Çelsi" də qoşulub. "Zadəganlar"ın baş məşqçisi Antonio Konte "Yuventus"u çalışdıran zaman da Aleksisi transfer etmək istədiyini gizlətməyib.

Məşhur aktyor evində ölü tapıldı

16 Yanvar 2018 10:32

“Dondurmam qaymaq” filmi ilə məşhurlaşan türkiyəli kino və teatr aktyoru Turan Özdemir ürək tutmasından vəfat edib. Olaylar.az türk mətbuatına istinadən bildirir ki, aktyor serial çəkilişləri ilə əlaqədar İstanbulda mənzil kirayələyərək orada yaşayırdı. Aktyorun Bodrumda yaşayan həyat yoldaşı Müzeyyen Özdemir Turan Özdemirin onun  zənglərinə cavab verməməsnə narahat olmuş və dostlarından evə getmələrini xahiş edib. Aktyorun evinə gələn dostları Turan Özdemirin cansız bədəni ilə qarşılaşıblar.

Sarayda möhtəşəm tamaşa nümayiş olunacaq

16 Yanvar 2018 10:31

Fevralın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında dünya şöhrətli fransız yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

İstanbul'da eş zamanlı uyuşturucu operasyonu düzenlendi

16 Yanvar 2018 09:34

İstanbul genelinde önceden belirlenen adreslere yönelik eş zamanlı düzenlenen uyuşturucu operasyonunda bazı şüpheliler yakalandı. İstanbul'da gerçekleştirilen operasyonda bir miktar uyuşturucu ele geçirildi, bazı şüpheliler gözaltına alındı.

Ünlü oyuncu Turan Özdemir hayatını kaybetti! Turan Özdemir kimdir, nerelidir?

16 Yanvar 2018 09:20

Ünlü oyuncu Turan Özdemir'den kötü haber geldi. Usta oyuncu Turan Özdemir, Beykoz’daki evinde hayatını kaybetti. “Dondurmam Gaymak” filminin başrol oyuncusu Turan Özdemir'in kalp krizi geçirdiği öğrenildi. Peki Turan Özdemir kimdir, nerelidir? İşte Turan Özdemir'in hayatı... Ünlü oyuncu Turan Özdemir kimdir?  Dondurmam Gaymak filmiyle kendinden söz ettiren tiyatro ve sinema oyuncusu Turan Özdemir, geçirdiği kalp krizi sonucu hayatını kaybetti. DHA’nın haberine göre, Beykoz’da yaşayan Turan Özdemir’e ailesi telefonla ulaşamadı.