Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun təmiri davam edir
M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) əsaslı təmir olunması ilə bağlı imzaladığı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir.
16 Yanvar 2018 11:23 SosialM-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin (124-164 km) əsaslı təmir olunması ilə bağlı imzaladığı sərəncama əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri yüksək keyfiyyətlə davam etdirilir. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, əsaslı təmir olunan yolun uzunluğu 40 km, eni isə 13 metrdir. Bura hər iki istiqamət üzrə 2 metr enində çiyinlər və genişləndirildikdən sonra 9 metr enində hərəkət hissə daxildir. Layihə çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır, yeni yol yatağı inşa olunur. Bu işlər artıq 20 km-lik ərazidə yekunlaşdırılıb. Yol yatağının və yol əsası hazır olan hissələrdə artıq asfaltlanma işlərinə də başlanılıb və 7 km-lik hissəyə yeni asfalt-beton örtük döşənib. Ümumilikdə isə yolun 350 min m2-dən çox sahəsinə 3 qat olmaqla 20 sm qalınlığında yeni asfalt-beton örütüyü döşənəcək. Tikinti layihəsinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol boyu mövcud olan 5 avtomobil körpüsünün əsaslı şəkildə təmiri nəzərdə tutulub ki, artıq 1 körpüdə bu işlər yekunlaşıb, 1-də isə yekunlaşmaq üzrədir.