Deputatlarımız bolqarıstanlı həmkarları ilə görüşəcəklər
Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər.
16 Yanvar 2018 11:17 SiyasətMilli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüblər. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, Bolqarıstan Xalq Məclisinin Azərbaycanla dostluq qrupu sədrinin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri Bakı ilə Sofiya arasında ilk birbaşa hava reysindən istifadə ediblər. Deputatlarımız Bolqarıstan Parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi, parlamentlərarası əməkdaşlığın inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Səfər yanvarın 19-da başa çatacaq.