Çingiz Sadıxovla vida mərasimi başladı
ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovla vida mərasimi başlayıb. Dəfndə mərhumun ailə üzvləri və tanınmış simalar iştirak edir.
16 Yanvar 2018 12:28 MədəniyyətABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovla vida mərasimi başlayıb. Dəfndə mərhumun ailə üzvləri və tanınmış simalar iştirak edir.
Qeyd edək ki, Çingiz Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakultəsində, 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil alıb. Çingiz Sadıxov Azərbaycanın Əməkdar Artisti və Xalq Artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb. Prezident İlham Əliyevin göstərişi ilə cənazəsi Azərbaycana gətirilib. Mərhum II Fəxri Xiyabanda dəfn ediləcək. Kult.az