Gündəm
Yeni “LG” monitorları “HDR” texnologiyasını dəstəkləyəcək
“LG” şirkəti “High Dynamic Range” (HDR) texnologiyasını dəstəkləyən üç yeni monitor modeli təqdim edib. “27UK650-W”, “29WK600-W” və “34WK650-W” adlı qurğular müvafiq olaraq 27, 29 və 34 düym diaqonallı ekranlarla təchiz edilib.
“Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilik və identiklik”
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, yanvarın 18-də Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti: maarifçilik və identiklik” mövzusunda tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan İcra Hakimiyyəti başçısının müavini Aynur Abbasova Bilik Fondu ilə səmərəli əməkdaşlıqdan danışıb, mütəmadi olaraq elmi biliklərin müxtəlif sahələri üzrə təşkil edilən maarifləndirici mühazirələrin əhəmiyyətini qeyd edib.
“Samsung Exynos 7872” mobil prosessoru altı nüvə ilə təchiz edilib
“Samsung” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan “Exynos 5 Series 7872” mobil prosessorunu rəsmən təqdim edib.
20 Yanvar faciəsinə həsr olunmuş kitabların sərgisi açıldı
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşun hissələri Bakıya yeridildi. Həmin gecə xalqımıza qarşı xüsusi hazırlanmış qəsd planı icra olundu. Bakının küçələrində misli görünməmiş bir qəddarlıq, qanlı faciə törədildi. Dinc əhaliyə divan tutuldu. Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi.
“Samsung Galaxy Note 8” smartfonunun “olimpiya” versiyası hazırlanıb
Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi tərəfdaşı qismində çıxış edən “Samsung” şirkəti qabaqcıl “Galaxy Note 8” smartfonunun “olimpiya” dizaynlı xüsusi modelini hazırlayıb. Açıq satışa çıxarılmayacaq eksklüziv qurğunun idmançılara və Olimpiya oyunları nümayəndələrinə, o cümlədən Beynəlxalq Olimpiya Komitəsi və təşkilat komitəsinin üzvlərinə hədiyyə edilməsi nəzərdə tutulur.
“20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi” mövzusunda dəyirmi masa keçirilib
Yanvarın 18-də Azərbaycan Dillər Universitetində “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi” mövzusunda dəyirmi masa keçirilib. Öncə 20 Yanvar şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov tədbirin 28 il öncə baş vermiş və tariximizdə mühüm əhəmiyyət kəsb edən bir hadisəyə həsr olunduğunu qeyd edib. O, bildirib ki, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığına, azərbaycançılıq məfkurəsinin bir ideologiya kimi formalaşmasına yönəlmiş ən ciddi aksiya və Azərbaycan xalqının öz müstəqilliyinə qovuşmaq cəhdi idi.
“Alcatel 3C” smartfonu rəsmən təqdim olunub
Çinin “Alcatel” brendli smartfonların istehsalı ilə məşğul olan “TCL Communication” şirkəti İtaliyada “Alcatel 3C” smartfonunu təqdim edib. Qiyməti 130 avro təşkil edən smartfon Avropada ən ucuz çərçivəsiz smartfonlardan biri hesab edilir.
Musiqili Teatrın növbəti həftəsonu repertuarı zəngindir
Azərbaycan Dövlət Musiqili Teatrı növbəti həftəsonu repertuar planını açıqlayıb. Belə ki, teatrsevərlər sənət ocağında yanvarın 26, 27 və 28-i “Qafqazlı qardaşqızı”, “999-cu gecə”, “Baladadaşın toy hamamı”, “Talelər qovuşanda”, “Meşə çaqqalsız olmaz”, “Düyməcik” tamaşalarını izləyə biləcəklər. Bu barədə Olaylar.az -a teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova məlumat verib. Onun sözlərinə görə, “Qafqazlı qardaşqızı” və uşaqlar üçün hazırlanan “Düyməcik” tamaşaları rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.
Dəbdən heç vaxt düşməyən qış trendləri
Artıq bir neçə həftədir ki, mağazalarda qış endirimləri başlayıb. Endirimlərdən faydalanmaq gözəldir, lakin alış-verişi məntiqlə etmək lazımdır ki, pullarınız havaya sovrulmasın, ucuzdur deyib aldıqlarınız dolabınızın ən görünməz küncündə itib-batmasın.
"Qarabağ"ın oyununda sürpriz qonaqlar
Türkiyənin "Fənərbaxça" klubunun "1907 UNİFEB" azarkeş qrupu Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib. Azarkeş qrupu dünən Rusiyanın “Kuban” komandası ilə yoxlama görüşü keçirən Ağdam klubunun düşərgəsində olub. Baş məşqçi Qurban Qurbanova gül dəstəsi təqdim edən türkiyəli azarkeşlər sonda xatirə şəkli çəkdiriblər. Fotoları isə klubun rəsmi feysbuk səhifəsindən paylaşıblar.
Barmaqlarınızda bu dəyişiklik varsa... - Təhlükəli simptom
Dırnaqların qalınlaşması, yumru və qabarıq olması tibdə çox təhlükəli simptom sayılır. Buna həmçinin Hippokrat barmaqları sindromu deyilir.
Böyrəkləri sıradan çıxaran 10 AMİL
Hazırda dünyada, o cümlədən, Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən insanların sayı xeyli artıb. Bəs böyrək çatışmazlığına səbəb olacaq amillər hansılardır? Böyrəkləri sıradan çıxaran 10 əhəmiyyətli səbəbi açıqlayırıq.
Ana olmaq üçün ən uyğun yaş hansıdır? - ARAŞDIRMA
İngiltərədə aparılan bir araşdırmada qadınların fiziki və psixoloji baxımdan hansı yaşda ana olmağa uyğun olduqları ilə bağlı qəribə nəticələr ortaya çıxıb. Ailem.az həmin nəticələri təqdim edir.
Antenatal nəzarət daha da gücləndirilib
Hər il Quba Regional Perinatal Mərkəzində 3000-dən artıq doğuş qəbul olunur. Quba Regional Perinatal Mərkəzin baş həkimi Şəhla Həsənovanın SİA-ya verdiyi xəbərə görə, mərəkəzə daxil olan hamilələrin 47%-i risk qrupuna aiddir: "Onlardan 8%-ni ağır preeklampsiyası, 31%-ni orta və ağır dərəcəli anemiyası, 8%-ni xroniki venoz çatmamazlığı olan hamilələr təşkil edib".
Bu əlamətlər orqanizmdə hansı vitaminlərin çatışmadığını göstərir?
Payız gəldi, artıq səhərlər yataqdan qalxmaq çətinləşib, işə yuxulu gedirik, dağınıq və biz az da hər şeydən qıcıqlanırıq. Hətta bəzi insanlarda depressiya başlayır. Bu, orqanizmdə vitamin çatışmazlığının əlamətidir. Bu çatışmazlığı bərpa etsək adi həyatın ritminə asanlıqla dönə biləcəyik. Xoshbextqadin.az yenə də sizləri düşünərək orqanizmdə vitamin və mineralların çatışmazlığı ilə bağlı əlamətləri sizlərlə bölüşür. Dəri quruluğu bədəndə E vitamininin çatışmazlığından xəbər verir. Rasionunuza fındıq, yağlı balıq və bitki yağları əlavə edin. Saç və dırnaqların kövrəkliyi B qrupuna daxil vitaminlər və kalsium çatışmazlığı nəticəsində ortaya çıxır. Bütöv dənli məhsullardan hazırlanmış çörək yeyin.














