"Qarabağ"ın oyununda sürpriz qonaqlar
Türkiyənin "Fənərbaxça" klubunun "1907 UNİFEB" azarkeş qrupu Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib. Azarkeş qrupu dünən Rusiyanın “Kuban” komandası ilə yoxlama görüşü keçirən Ağdam klubunun düşərgəsində olub. Baş məşqçi Qurban Qurbanova gül dəstəsi təqdim edən türkiyəli azarkeşlər sonda xatirə şəkli çəkdiriblər. Fotoları isə klubun rəsmi feysbuk səhifəsindən paylaşıblar.
18 Yanvar 2018 19:00 İdmanTürkiyənin "Fənərbaxça" klubunun "1907 UNİFEB" azarkeş qrupu Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib. Azarkeş qrupu dünən Rusiyanın "Kuban" komandası ilə yoxlama görüşü keçirən Ağdam klubunun düşərgəsində olub. Baş məşqçi Qurban Qurbanova gül dəstəsi təqdim edən türkiyəli azarkeşlər sonda xatirə şəkli çəkdiriblər. Fotoları isə klubun rəsmi feysbuk səhifəsindən paylaşıblar.
Qeyd edək ki, "1907 UNİFEB" qrupu "Qarabağ" - "Çelsi" matçında Azərbaycan futbol tarixinin ən böyük xoreoqrafiyasını hazırlamaqda böyük əmək sərf etmişdilər. Publika.az