“20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi” mövzusunda dəyirmi masa keçirilib

Yanvarın 18-də Azərbaycan Dillər Universitetində  “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi” mövzusunda dəyirmi masa keçirilib. Öncə 20 Yanvar şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov tədbirin 28 il öncə baş vermiş və tariximizdə mühüm əhəmiyyət kəsb edən bir hadisəyə həsr olunduğunu qeyd edib. O, bildirib ki, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığına, azərbaycançılıq məfkurəsinin bir ideologiya kimi formalaşmasına yönəlmiş ən ciddi aksiya və Azərbaycan xalqının öz müstəqilliyinə qovuşmaq cəhdi idi. 

Yanvarın 18-də Azərbaycan Dillər Universitetində  "Azərbaycanşünaslıq" elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə "20 Yanvar hadisəsi və Azərbaycanın müstəqilliyi" mövzusunda dəyirmi masa keçirilib. Öncə 20 Yanvar şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov tədbirin 28 il öncə baş vermiş və tariximizdə mühüm əhəmiyyət kəsb edən bir hadisəyə həsr olunduğunu qeyd edib. O, bildirib ki, 1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığına, azərbaycançılıq məfkurəsinin bir ideologiya kimi formalaşmasına yönəlmiş ən ciddi aksiya və Azərbaycan xalqının öz müstəqilliyinə qovuşmaq cəhdi idi. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YAP icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə ADU-da xalqımızın tarixi ilə bağlı silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O, qeyd edib ki, xalqımızın taleyini onun özündən başqa heç kəs həll etməyəcək, tarixini gələcək nəsillərə kimsə ötürməyəcək. Buna görə də cəmiyyətin lokomotivinə çevrilmək, onu maarifləndirmək və vaxtaşırı lazımi mesajlar göndərmək vacibdir ki, bundan sonra bu tip hadisələrin qarşısını almaq mümkün olsun.

Universitetin Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov və Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva 20 Yanvar hadisəsinin xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildiriblər və onu azadlıq hərəkatının ən yüksək zirvəsi kimi qiymətləndiriblər.

Sonda çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla 20 Yanvar faciəsinin hər zaman xatırlandığını, onun mahiyyətinin daim xalqımızın qəlbində yaşadığını bildirib və hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin pik nöqtəsi kimi qiymətləndirib. Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hadisəyə ilk dəfə siyasi qiymət verməsi onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir.

Universitetdə 20 Yanvarla bağlı silsilə tədbirlərin keçiriləcəyini vurğulayan rektor dekan və kaferda müdirlərinə 20 Yanvar olayının izi və ruhunun duyulmasını, tədbirdə səslənən fikirlərin auditoriyalara da çatdırılmasını tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31