Gündəm
Roma Papası Peruda
Roma Papası Fransiskin Peruya səfəri başlayıb. Hava limanında Roma Papasını Peru prezidenti Pedro Kuçinski qarşılayıb. Cümə günü, yanvarın 19-u, Roma Papası Puerto-Maldonado şəhərini ziyarət edəcək və Amazoniya millətləri ilə görüşəcək. Daha sonra o Lima şəhərinə qayıdacaq və ölkə prezidenti ilə görüşəcək.
Putin xaç suyuna salma mərasimində iştirak etdi və suya girdi - VİDEO
Rusiya prezidenti Vladimir Putin yanvarın 18-də Tver vilayətində Nilo-Stolobenskaya monastırını ziyarət edib. Xaç suyuna salma mərasiminə qatılan dövlət başçısı suya baş vurub. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Avropada qasırğa nəticəsində 6 nəfər öldü
Rusiyada azərbaycanlılar atəşə tutuldu - Ölən və yaralananlar var
Rusiyanın Volqoqrad şəhərində silahlı insident nəticəsində iki azərbaycanlı yaralanaraq koma vəziyyətinə düşüb. Bunu Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinin nümayəndəsi Anton Kornauxov bildirib. Hadisə axşam saat 20:00 radələrində şəhərin Krasnoarmeysk rayonu ərazisində, Qeroyev Stalinqrad prospektində baş verib. "Russki çay" kafesi qarşısında duran 2 azərbaycanlı, 1 rus və 1 çeçenlə yolsuzluq avtomobili ilə əraziyə gələn və qafqazlı olduqları ehtimal edilən şəxslər arasında əlbəyaxa dava və bıçaqlaşma olub. Dava zamanı atəş səsləri eşidilib. Nəticədə rusiyalı olduğu bildirilən 25 yaşlı gənc aldığı güllə yarasından keçinib.
20 Yanvar faciəsi Braziliya mətbuatında
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun bu ölkənin aparıcı qəzetlərindən olan “Correio Braziliense” və “EmbassyBrasilia” elektron jurnalında “Azerbaijao: 28 anos se passaram desde o Janeiro Negro” (“Azərbaycan: Qara Yanvardan 28 il ötür”) adlı məqaləsi dərc edilib. Səfirlikdən Olaylar.az -a bildiriblər ki, məqalədə Azərbaycan xalqının ötən əsrin 90-cı illərində müstəqillik uğrunda apardığı mübarizə və sovet ordusu tərəfindən xalqımıza qarşı törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilib.
Ermənistanda sabahdan kütləvi etirazlar başlayır
Ermənistanın paytaxtı İrəvanda qiymət artmasına qarşı etiraz yürüşləri keçiriləcək. Sabahdan başlayacaq aksiyalarda yüzlərlə sakinin iştirak edəcəyi gözlənilir. Hakimiyyət əleyhinə etirazların kütləvi hal alacağı, ölkənin bir sıra regionlarını əhatə edəcəyi bildirilir. Etirazlara səbəb qiymət artımı və əhalinin sosial-iqtisadi durumunun ağır vəziyyətdə olmasıdır.
Terrorçular bu texnologiyaları əldə ediblər - Lavrovdan ŞOK BƏYANAT
Suriyada və İraqda kimyəvi terrorizmin artan təhlükəsi ciddi narahatçılıq yaradır. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında bildirib. Nazir bu təhlükənin xüsusilə, İraq və Suriyada daha ciddi olduğunu vurğulayıb.
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Livanın geniş oxucu kütləsinə malik “Al-Cumhuriyyə” qəzetində və ölkənin əsas xəbər saytlarından biri olan "Cedar News" xəbər portalında məqalələr dərc edilib. Azərbaycanın bu ölkədəki səfirliyindən verilən məlumata görə, səfirliyin dəstəyi ilə dərc olunan məqalələrdə 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək, çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verilib, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilmədiyi qeyd olunub. Müəlliflər o vaxtkı sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilmiş və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyini, 700-dən çox insanın isə yaralandığını qeyd ediblər.
Diqqət: Marqarin haqqında bilmədiyiniz dəhşətli faktlar!
Marqarini XIX əsrdə fransız kimyəçi icad edib. Bu icadın əsas məqsədi kasıb əhalini ucuz "yağla" təmin etmək idi. O vaxtlar marqarinin orqanizmə olan ziyanı haqqında heç kim fikirləşmirdi, əsas məqsəd insanları bir təhər doydurmaq idi. Müasir cəmiyyətdə üstünlük, sağlam təbii qidalanmaya verilir.
Qan təzyiqini normallaşdıran qidalar
Bal antibakterial təsirə malikdir. Həzmi asanlaşdırır və mədədəki artıqları ixrac edir. Qan artırma xüsusiyyəti ilə, yanaşı gümrahlıq da verir. Ürək xəstələrinə faydalıdır. Yaz-qış aylarında gündə bir qaşıq bal qəbul etməkdə fayda var.
İnstaqramda inqilabi YENİLİKLƏR
Vatsap və Feysbukda olduğu kimi, İnstaqrama da “son çıxış tarixi” özəlliyi tətbiq edilib. Bu özəllik instaqramın şəxsi məktub qutusunda işə salınıb. Yeni xüsusiyyət sayəsində istifadəçilər dostlarının ən son nə zaman aktiv olduğunu görə biləcək. Aktiv olunan zaman isə “hazırda aktivdir”, “24 saat öncə aktiv idi”, “bu gün aktiv idi” tipli ifadələrlə göstəriləcək.
Duş saatlarının önəmi
Bədəni olduqca rahatlaşdıran və yorğunluğu aradan qaldıran duş əslində hansı saatlarda alınmalıdır? Sabah oyandıqdan sonra mı, yoxsa gecə yatmazdan əvvəl mi?. Duşu, xüsusilə, soyuq suyla almaq immunitet sistemini qüvvətləndirir.Səhər oyandıqdan sonra alınan duşun faydaları...Sabah aldığınız duş, qan dövranı və qan axışını 3 doza qəhvədən daha tez şəkildə sürətləndirir.
“Apple” istifadəçilərə “iPhone” prosessorunun məhsuldarlığını azaldan funksiyanı deaktiv etməyə imkan verəcək
“Apple” şirkətinin baş direktoru Tim Kuk bəyan edib ki, “iOS 11” mobil əməliyyat sisteminin növbəti yeniləməsi sayəsində istifadəçilər prosessorun sürətini azaldan funksiyanı deaktiv etmək imkanı əldə edəcəklər. Bu haqda “The Vergem” nəşri məlumat yayıb.
“YouTube” spamer və təqlidçilərə qarşı mübarizə aparacaq
“YouTube” video hostinq platformasının administrasiyası vicdansız bloqerlər barəsində yürüdülən siyasəti sərtləşdirməyi planlaşdırır. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib. Yeni qaydalar, əsasən, dərc edilən məzmundan əldə olunan pula qarşı qoyulmuş tələblərə təsir göstərəcək. Məsələn, bloqer əməkdaşlıq proqramına onun kanalının baxış sayı son 12 ayda 4 min saat və ən azı 1000 abunəçisi olduğu halda qoşula biləcək. Bu tədbirlər vicdansız bloqerlərin pul qazanaraq video hostinqin başqa istifadəçilərinin gəlirlərinə müdaxilə etməsinin qarşısını alacaq.
“Sony” şirkətinin yeni sistem yeniləməsi prosessorları kritik boşluqdan qoruyacaq
Təhlükəsizlik sisteminin yenilənməsi prosessorları “Spectre” və “Meltdown” alqoritmlərindən qoruyacaq.














