Putin xaç suyuna salma mərasimində iştirak etdi və suya girdi - VİDEO

Rusiya prezidenti Vladimir Putin yanvarın 18-də Tver vilayətində Nilo-Stolobenskaya monastırını ziyarət edib. Xaç suyuna salma mərasiminə qatılan dövlət başçısı suya baş vurub. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Rusiya prezidenti Vladimir Putin yanvarın 18-də Tver vilayətində Nilo-Stolobenskaya monastırını ziyarət edib. Xaç suyuna salma mərasiminə qatılan dövlət başçısı suya baş vurub.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Putin Xaç suyuna salma bayramı münasibəti ilə liturgiyada olub, həmçinin Seliqer gölündə xaçaçuran çimməsində iştirak edib", - deyə Peskov bildirib.

Onun sözlərinə görə, mərasim zamanı gölün olduğu ərazidə havanın temperaturu 6-7 dərəcədən aşağı olmayıb. Peskov həmçinin əlavə edib ki, bu prezidentin ilk xaçaçuran çimməsi deyil.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31