Bu əlamətlər orqanizmdə hansı vitaminlərin çatışmadığını göstərir?

Payız gəldi, artıq səhərlər yataqdan qalxmaq çətinləşib, işə yuxulu gedirik, dağınıq və biz az da hər şeydən qıcıqlanırıq. Hətta bəzi insanlarda depressiya başlayır. Bu, orqanizmdə vitamin çatışmazlığının əlamətidir. Bu çatışmazlığı bərpa etsək adi həyatın ritminə asanlıqla dönə biləcəyik. Xoshbextqadin.az yenə də sizləri düşünərək orqanizmdə vitamin və mineralların çatışmazlığı ilə bağlı əlamətləri sizlərlə bölüşür. Dəri quruluğu bədəndə E vitamininin çatışmazlığından xəbər verir. Rasionunuza fındıq, yağlı balıq və bitki yağları əlavə edin. Saç və dırnaqların kövrəkliyi B qrupuna daxil vitaminlər və kalsium çatışmazlığı nəticəsində ortaya çıxır. Bütöv dənli məhsullardan hazırlanmış çörək yeyin.

Damaqların qanaması C vitamini çatışmazlığının əlamətidir. Bu vitamin soğanda, sarımsaqda, meyvə və tərəvəzlərdə olur. Həmçinin itburnu həlimi də içmək tövsiyə edilir.

Yuxunun keyfiyyətinin pisləşməsi və əsəbilik orqanizmin maqnezium və kalium tələb etməsinə işarədir. Bu mikroelementlər ərik qurusunda, ərik cemində, əlbəttə ki, əriyin özündə, qara gavalıda və çuğundurda var. Gecələr qıcolmaları da maqnezium və kalium çatışmazlığının xəbərçisidir.

Dirsəklərin qaz dərisinə bənzəməsi orqanizmdə A və C vitaminlərinin çatışmadığını göstərir. Bu vitaminlər bütün narıncı rəngli meyvə və tərəvəzlərdə var: Kök, balqabaq, pomidor, ərik, şaftalı və s.

Duzlu məmulatlara meyillik orqanizmdə infeksiya olduğunun, iltihabi proseslər getdiyinin əlamətidir. İlk növbədə sidik-cinsiyyət sistemini yoxlayın. Şirniyyat məmulatlarına meyillik isə əsəblərin gərildiyinin və orqanizmə qlükoza lazım olduğunu göstərir. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31