20 Yanvar faciəsinə həsr olunmuş kitabların sərgisi açıldı

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşun hissələri Bakıya yeridildi. Həmin gecə xalqımıza qarşı xüsusi hazırlanmış qəsd planı icra olundu. Bakının küçələrində misli görünməmiş bir qəddarlıq, qanlı faciə törədildi. Dinc əhaliyə divan tutuldu. Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi.

Faciə zamanı qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım maşınlarında olan həkimlər də gülləyə tuş gəldilər.

AMEA Mərkəzi Elmi Kitabxanası hər zaman olduğu kimi bu dəfə də millətimiz üçün önəmli günlərlə bağlı sərgi təşkil edib. MEK-in Sərgi salonunda "20 Yanvar faciəsi" haqqında yazılmış kitabların sərgisi açılıb. Sərgidə kitabxananın fondunda olan "Şəhidlər", "20 Yanvar hadisələri, sənədlər, mövqelər və şərhlər", "Qarabağ rüzgarları", "Qara Yanvar şəhidləri", "Şəhidlər dastanı", "Dünyamızın 20 Yanvar faciəsi", "Nikbin faciə", "Qara Yanvar dialoqu", "Qanlı Yanvar", "Vətən çağırır" və digər kitablar nümayiş olunur. Sərgi yanvar ayının axırına kimi davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31