Gündəm

“Ukrayna Rusiyaya qarşı müharibə elan edə bilməz”

16 Fevral 2018 11:59

“Rusiyanın hərbi təcavüzünə baxmayaraq Ukrayna heç vaxt Rusiyaya qarşı müharibə elan etməyib. Əgər nüvə dövləti ilə böyük ölçülü müharibə başlayarsa, Ukrayna özünü müdafiə edə bilməz”.  Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksandr Turçinov deyib. O vurğulayıb ki, Budapeşt Memorandumuna əsasən Ukrayna nüvə silahından imtina etdi. Turçinov əlavə edib ki, bu gün Ukraynanın Rusiya kimi nüvə dövlətinə qarşı müqavimət göstərmək üçün silahı yoxdur.

Virtual müxalifətin veteran “troykası”

16 Fevral 2018 11:56

Müxalifət liderləri namizədliklərini irəli sürüb xalqın içinə çıxıb görüşlər, söhbətlər aparmaq əvəzinə günlərini “virtual çayxana”da qeybət etməklə və hakimiyyətə, o cümlədən onu dəstəkləyən xalqa təhqir yağdırmaqla keçirirlər...

Fazil Məmmədov adamlarını ələ verməyə başladı - Siyahı hazırlanır

16 Fevral 2018 11:53

Ötən ilin dekabr ayının 5-də gözlənilmədən vergilər naziri postundan uzaqlaşdırılan  Fazil Məmmədov ətrafında yeni proseslər başlayıb. Əslində hər şey görüntü olaraq sabiq nazirin istəyinə uyğundur: ölkədən qaçmayıb, barəsində cinayət işi açılmayıb, hətta rəhbərlik etdiyi idman federasiyasında işini davam etdirir. Amma onun adı ətrafında cərəyan edən məsələlər də var ki, bunu elə F.Məmmədovun özü açıqlayıb.

Azərbaycanda Polis Şöbəsində intihar: kamerada özünü asdı

16 Fevral 2018 11:50

Astarada polis tərəfindən tutulan şəxs intihar edib. Məlumata görə, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb. Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb. Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Xırdalanda ölümlə nəticələnən silahlı insidentin iştirakçılarının məhkəməsi başlayıb

16 Fevral 2018 11:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl, quldurluq və digər cinayətlərdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Məhəmməd Əhmədov və Allahverdi Ruzpeykarın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim Azər Paşayevin sədrlik etdiyi hazırlıq iclasında Anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 23-nə təyin edilib.

Nazirlər Kabineti: Bayıl sürüşmə sahəsindən köçürülən ailələrə kirayə pulu veriləcək

16 Fevral 2018 11:47

Bayıl yamacındakı sürüşmə sahəsində yaranan ekstremal vəziyyətlə əlaqədar əhalinin mənafeyi nəzərə alınaraq, baş nazir Artur Rasizadə fevralın 13-də sakinlərə kirayə pulunun verilməsi barədə sərəncam imzalayıb. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Sərəncama əsasən, ərazidən köçürülən 98 ailəyə ilkin olaraq müvəqqəti aylıq kirayə haqqı ödəniləcək.

Şabranda müasir yol infrastrukturu yaradılır

16 Fevral 2018 11:44

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 39 km uzunluğa malik və IV texniki dərəcəyə uyğun Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu yenidən qurulur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində hazırda yol boyu yararsız qrunt 1-3 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yararlı material verilərək əks-dolğu işləri aparılır və 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin tikinti işləri zamanı yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 35 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılır.

“Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil”

16 Fevral 2018 11:43

“Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib: “Deməli ABŞ müdafiə naziri Mettis türkiyəli həmkarı ilə görüşdə deyib ki, gəlin PKK ilə PYD-ni bir-biri ilə savaşdıraq.

Düşmən 123 dəfə atəşkəsi pozub

16 Fevral 2018 11:41

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Leyla Yunusdan Azərbaycana qarşı növbəti təxribat

16 Fevral 2018 11:38

“Leyla Yunus və onun ətrafında olanlar hazırda Avropa İttifaqı strukturlarında iki istiqamətdə intensiv fəaliyyət aparır. Bunun biri sərhədboyu rayonlardan olan xainlərin işidir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov çıxış edib. O, bildirib ki, Leyla Yunusda bu şəxslər haqqında tam təfsilatlı məlumat var: “ Şəkilləri, bioqrafiyaları, ailə üzvləri və hətta ailə üzvlərinə məlum olmayan məlumatlar.

Prokurorluq işçilərinin pensiyaya çıxmaq yaşı artırılır

16 Fevral 2018 11:35

Prokurorluq işçilərinin pensiyaya çıxmaq yaşı artırılır. Məlumata görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 32.4-cü maddəsinə (Prokurorluqda qulluq keçmənin yaş həddi) dəyişiklik edilir. Belə ki, yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər.

Əməkdar artistin ailəsi bu aktrisaya görə dağılıbmış

16 Fevral 2018 11:34

Aparıcı Vüsalə Kərimovanın valideynlərini ayırmaqda ittiham etdiyi aktrisanın kimliyi məlum olub. Məlumata görə, bu, uzun müddət Mingəçevir Dövlət Dram Teatrında çalışmış aktrisa Aliyə Mikayılovadır.  Bildirilir ki, V.Kərimov Aliyə Mikayılova ilə sözügedən teatrda çalışarkən tanış olublar. Həmin vaxt V.Kərimovun 26, A.Kərimovanın 38 yaşı olub. Mənbə bildirir ki, cütlüyün bu nikahdan bir övladı var:

"Şəbnəmi saxlayan kişidən..." - Canlı yayımda biabırçılıq - VİDEO

16 Fevral 2018 11:32

Şəbnəm Tovuzlu canlı yayımda biabır olub. Bu gün Xəzər televiziyasının “Hər şey daxil” verilişində qonaq olan Şəbnəm Tovuzluya Səadət xanım adlı bir tamaşaçı zəng edərək, müğənnidən 4 il bundan əvvəlki borcunu tələb edib: “O Şəbnəm var ey Tovuzlu, ona de ki 4-5 il bundan əvvəl Bakıxanov qəsəbəsində əvvəlki ərindən olan qızını saxlayan qadın vardı. Həmin qadına Şəbnəmin 208 manat borcu vardı.

Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək

16 Fevral 2018 11:29

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, mərkəz tərəfindən fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri müzakirə olunub

16 Fevral 2018 11:27

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.