“Ukrayna Rusiyaya qarşı müharibə elan edə bilməz”

“Rusiyanın hərbi təcavüzünə baxmayaraq Ukrayna heç vaxt Rusiyaya qarşı müharibə elan etməyib. Əgər nüvə dövləti ilə böyük ölçülü müharibə başlayarsa, Ukrayna özünü müdafiə edə bilməz”.  Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksandr Turçinov deyib. O vurğulayıb ki, Budapeşt Memorandumuna əsasən Ukrayna nüvə silahından imtina etdi. Turçinov əlavə edib ki, bu gün Ukraynanın Rusiya kimi nüvə dövlətinə qarşı müqavimət göstərmək üçün silahı yoxdur.

"Rusiyanın hərbi təcavüzünə baxmayaraq Ukrayna heç vaxt Rusiyaya qarşı müharibə elan etməyib. Əgər nüvə dövləti ilə böyük ölçülü müharibə başlayarsa, Ukrayna özünü müdafiə edə bilməz".  Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksandr Turçinov deyib. O vurğulayıb ki, Budapeşt Memorandumuna əsasən Ukrayna nüvə silahından imtina etdi. Turçinov əlavə edib ki, bu gün Ukraynanın Rusiya kimi nüvə dövlətinə qarşı müqavimət göstərmək üçün silahı yoxdur.

Xatırladaq ki, ötən ay Rusiya XİN rəhbəri Sergey Lavrov Ukraynanı Maydan hərəkatına imkan verməklə Budapeşt Memorandumuna riayət etmədiyini deyib. Lavrov əlavə  edib ki, Rusiya Ukraynaya qarşı heç vaxt nüvə silahından istifadə etməyib. Azadinform UNİAN-a istinadən xəbər verir. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31