“Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil”

“Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib: “Deməli ABŞ müdafiə naziri Mettis türkiyəli həmkarı ilə görüşdə deyib ki, gəlin PKK ilə PYD-ni bir-biri ilə savaşdıraq.

"Vaşinqton Türkiyəni itirməkdə olduğunun fərqində deyil". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib: "Deməli ABŞ müdafiə naziri Mettis türkiyəli həmkarı ilə görüşdə deyib ki, gəlin PKK ilə PYD-ni bir-biri ilə savaşdıraq. Guya söhbət iki fərqli terrorçu qrupdan gedir. Harda görünüb ki, təşkilat özü ilə mübarizə aparsın. Liderləri də eynidir, amalları da. İkinci qəribə fikri ABŞ-ın dövlət katibi Reks Tillerson səsləndirib. Ankaraya ayaq basmadan öncə səfərdə olduğu Beyrutda deyib ki, məgər biz Suriyadakı kürdlərə ağır silahlar vermişik, indi onu geri alaq? Söhbət Türkiyənin tələbindən gedir ki, suriyalı kürdlərə verdiyiniz silahı geri alın. Geri almaq qalsın bir yana, hələ əlavə maliyyə yardımı ayırıblar terrorçulara". Politoloqun sözlərinə görə. Tramp administrasiyasının Türkiyə siyasəti düzəlməyəcək: "Tillerson da gəldiyi kimi gedəcək. Afrin əməliyyatı uzandıqca Amerika Türkiyənin problemlərini artırmağa çalışacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31