Leyla Yunusdan Azərbaycana qarşı növbəti təxribat
“Leyla Yunus və onun ətrafında olanlar hazırda Avropa İttifaqı strukturlarında iki istiqamətdə intensiv fəaliyyət aparır. Bunun biri sərhədboyu rayonlardan olan xainlərin işidir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov çıxış edib. O, bildirib ki, Leyla Yunusda bu şəxslər haqqında tam təfsilatlı məlumat var: “ Şəkilləri, bioqrafiyaları, ailə üzvləri və hətta ailə üzvlərinə məlum olmayan məlumatlar.
16 Fevral 2018 11:38 Siyasət"Leyla Yunus və onun ətrafında olanlar hazırda Avropa İttifaqı strukturlarında iki istiqamətdə intensiv fəaliyyət aparır. Bunun biri sərhədboyu rayonlardan olan xainlərin işidir". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov çıxış edib. O, bildirib ki, Leyla Yunusda bu şəxslər haqqında tam təfsilatlı məlumat var: " Şəkilləri, bioqrafiyaları, ailə üzvləri və hətta ailə üzvlərinə məlum olmayan məlumatlar. Leyla Yunusa bu məlumat iki mənbədən daxil ola bilərdi. Erməni ordusunun hərbi kəşfiyyatı və ya Ermənistanın xüsusi xidmət orqanı tərəfindən. Leyla Yunus bu şəxslərin müdafiə komitəsini yaradıb". Sahib Məmmədov qeyd edib ki, Leyla Yunusun ikinci fəaliyyəti isə Mütəllibovun 1991-ci ildə Ermənistandan qovulan qaçqınları yerləşdirmək üçün indiki Gonaboy ərazisində boşaltdırdığı 8 kəndin keçmiş sakinlərinin hüquqlarının müdafiəsidir: "Bütün fəaliyyəti də ermənilərin Çexiyadakı PİN təşkilatı əlaqələndirir. Onun rəhbəri Avropa İttifaqı Parlamentinin deputatıdır. O PİN ki, Azərbaycanda geniş şəbəkə qurub və bu təşkilat haqqında bir kəlmə yazan kimi ulaşmağa başlayırlar. Görün bu satqınlar nə qədər həyasızlaşıb ki, ölkənin ortasında PİN-in şəbəkəsini qurublar və KİV-lərə də müsahibələr verib özlərinə görə Azərbaycanı yıxıb-sürüyürlər özlərinə görə". Təşkilat sədri bildirib ki, hətta bundan sonra da Azərbaycanda xeyli siyasətçi adlanan adamlar, adında milli filan kimi sözlər olan təşkilatlar Leyla Yunusu əzizləri kimi sevməkdə davam edir.