Şabranda müasir yol infrastrukturu yaradılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 39 km uzunluğa malik və IV texniki dərəcəyə uyğun Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu yenidən qurulur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində hazırda yol boyu yararsız qrunt 1-3 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yararlı material verilərək əks-dolğu işləri aparılır və 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin tikinti işləri zamanı yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 35 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılır.
16 Fevral 2018 11:44 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 39 km uzunluğa malik və IV texniki dərəcəyə uyğun Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolu yenidən qurulur. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində hazırda yol boyu yararsız qrunt 1-3 metr dərinlikdə qazılaraq çıxarılır, əvəzinə yararlı material verilərək əks-dolğu işləri aparılır və 10 metr enində yeni yol yatağı inşa olunur. Həmçinin tikinti işləri zamanı yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 35 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılır.
39 km-lik Şabran-Çayqaraqaşlı-Udulu-Hacıqaraqaşlı avtomobil yolunda tam müasir yol infrastrukturunun yaradılması yük və sərnişin daşımasını asanlaşdıracaq, vətəndaşların Şabran rayon mərkəzinə, burdan isə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və xarab olmadan istər qonşu rayonlarının, istərsə də paytaxt Bakının bazarlarına daşınmasına imkan yaradacaq.
Qeyd edək ki, layihənin icrası 13 yaşayış məntəqəsinin 17 mindən çox əhalisinin yüksək keyfiyyətlə yenidən qurulacaq 65 km avtomobil yolundan rahat şəkildə istifadə etməsinə imkan yaradacaq.