Gündəm

Hollandiya uydurma “erməni soyqırımı”nı tanımağa hazırlaşır

16 Fevral 2018 12:30

Hollandiya parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri "erməni soyqırımı" kimi tanımağa hazırlaşır. Koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən gündəmə gətirilən bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənir. CU millət vəkili Joel Voordevind Hollandiyanın NOS telekanalına açıqlamasında parlament çoxluğunun eyni mövqedə olduğunu açıqlayıb. Parlament hökumətə aprelin 24-də İrəvanda keçiriləcək "soyqırımı anma mərasimi"nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərməyi də təklif edəcək.

Yaxın Şərqi bombardman edən general erməni çıxdı

16 Fevral 2018 12:26

Erməni əsilli Cefri Xarriqyan ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığına rəhbərlik edir. Bunu “Armenian Proud” radiosuna müsahibəsində erməni biznesmen Mikayıl Tatoyan söyləyib. 

An-148-dəki qəza öncəsi səs yazısı: pilotlar mübahisə edib...

16 Fevral 2018 12:24

Moskva ətrafında qəzaya uğrayan An-148 təyyarəsinin səs qeydlərinin deşifrə edilməsindən sonra pilotların təyyarənin uçuş sürətindəki problemin səbəbini başa düşmədikləri müəyyən olunub.

Perspektiv yox, bazar məhdud, alıcılıq aşağı... - Melkumyan

16 Fevral 2018 12:23

Ermənistanda inflyasiya probleminin həlli üçün sadəcə əhalinin gəlirlərini artırmaq lazımdır. Bunu Ermənistan parlamentinin İqtisadiyyat Komissiyasının iclasında çıxışı zamanı Çarukyan Blokundan olan deputat Mikayıl Melkumyan söyləyib.

Tillersonun gəlişi Türkiyədə etiraza səbəb oldu

16 Fevral 2018 12:21

ABŞ Dövlət katibi Reks Tillersonun Türkiyə səfəri etiraza səbəb olub. “Doğan” xəbər agentliyi bir qrup şəxsin etiraz məqsədi ilə Tillerson-Çavuşoğlu görüşünün keçirildiyi “Ankara Palas” önündə toplaşdığını yazıb. Etirazçılara polis müdaxilə edib, gözyaşardıcı qazdan istifadə edilib.

Ərdoğanın ən böyük rəqibi: general namizəd ola bilər

16 Fevral 2018 12:20

Prezident seçkilərində CHP-nin namizədi Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ ola bilər. Bu iddia ilə “Posta” qəzetinin köşə yazarı Nədim Şənər çıxış edib.

Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasına start verdi

16 Fevral 2018 12:19

Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına start verilib.

Xankəndində konsret verən musiqiçilər peşman oldular

16 Fevral 2018 12:12

İşğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanun səfər edən Rusiyanın "Sülh naminə musiqi” layihəsinin üzvləri Azərbaycandan üzr istəyib. Onlar Qarabağa qanunsuz getdiklərinə görə peşman olduqlarını deyərək, adlarının Azərbaycan XİN-in "qara siyahı”sından çıxarılmasını xahiş ediblər.

“Bakcell”dən növbəti 5 startap layihəsinə dəstək

16 Fevral 2018 12:07

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti özünün “AppLab” Mərkəzində yaradılıb inkişaf etdiriləcək növbəti layihələrin seçimini başa çatdırıb.

Sənət dostları xalq artistini yad etdilər

16 Fevral 2018 12:04

Akademik Milli Dram Teatrının kollektivi Qubada xalq artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət edib. Olaylar.az bildirir ki,  teatrın rəhbər şəxsləri və truppa üzvləri Zərnigar Ağakişiyevanın əziz xatirəsini ehtiramla yad edib, onun ruhuna dualar oxuyublar. Xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artistlər Sənubər İsgəndərli, Əli Nur, Hicran Nəsirova, Elxan Quliyev, Kazım Abdullayev, Vəfa Zeynalova, aktyorlar Rövşən Kərimduxt, Mətləb Abdullayev, Şəhla Əliqızı və başqaları Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıblar.

Dünyanın ən cəld və dəqiq heyvanı müəyyən edilib

16 Fevral 2018 12:04

Yer kürəsinin ən sürətli, çevik və dəqiq heyvanı müəyyən edilib. Məlumata görə, aparılan müşahidələr nəticəsində məlum olub ki, hörümçək-yengəclər (Selenops) 0,12 saniyə ərzində 360 dərəcə fırlanaraq öz qurbanına dəqiq zərbə endirə bilir.

İsveçlilər Türkiyəni seçdi

16 Fevral 2018 12:02

İsveçli turistlər bu il yaz istirahətləri üçün Türkiyəni seçiblər. Olaylar.az bildirir ki, bunu İsveçin məşhur turizm şirkəti Ticket açıqlayıb. Şirkətdən verilən xəbərə əsasən keçən illə müqayisədə bu il Türkiyəni seçən isveçlilərin sayında 83 faiz artım var. İsveçli turistlər artıq yanvar ayından otelləri “zəbt” ediblər.

Avropa İttifaqından seçki açıqlaması

16 Fevral 2018 12:03

Azərbaycan Avropa İttifaqına prezident seçkilərini izləmək üçün dəvət göndərib. “Olaylar”ın məlumatına görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.“Seçki ölkənin həyatında vacib hadisədir. Avropa İttifaqı ilə Azərbaycan arasında Əməkdaşlıq Şurasının 1 həftə əvvəl Brüsseldə 5-ci iclası oldu.

Həccə gedəcək zəvvarlara ziyarət zamanı Məkkəni tərk etmək qadağan olunub

16 Fevral 2018 12:01

Azərbaycandan bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara ziyarət zamanı qrafikdən, xüsusilə Məkkədən kənara çıxmaq yasaqlanıb. Məlumata görə, bu, zəvvarlarla ziyarət barədə imzalanan müqavilədə əks olunub. Şərtlərə görə zəvvar qrafikdən, o cümlədən Məkkə şəhərindən kənara çıxmamalıdır. Əks halda kəffarə ödəməli olacaqlar. O da müqavilədə bildirilir ki, zəvvarın qanuna zidd əməlinə görə təşkilatçı (Qafqaz Müsəlmanları İdarəsi(QMİ) məsuliyyət daşımır.