Gündəm

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb

16 Fevral 2018 13:06

Türkiyənin İzmir vilayəti ərazisində hərbi təlim təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 2 pilot həlak olub. Qəzanın səbəbləri araşdırılır.

Peşə ixtisas təhsilində alman təcrübəsi tətqiq edilir

16 Fevral 2018 13:05

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Almaniyanın Maklenburq Ön Pomeraniya vilayətinin İqtisadi Tədris Mərkəzi ilə birgə həyata keçirdiyi “Peşə təhsili sahəsində tərəfdaşlıq” layihəsi çərçivəsində seminar keçirilib. “OLAYLAR”-a ASK-dən bildirilib ki, ötən ildən icra edilən layihənin məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi və bu prosesin ölkəmizdə təşviq olunmasıdır.

Radikallar məğlubiyyətdən qorxduqları üçün seçkiyə qatılmadılar

16 Fevral 2018 13:03

"25 ildir hakimiyyət sevdasında olan radikal müxalifət nədənsə prezident seçkilərinə qatılmadı. Hələ üstəlik seçkini boykot etmək qərarına gəldi. Niyə? Cavabı heç də qəliz deyil. Özlüyümüzdə sual verək görək, axı bu müxalifət, lap ən ağır dildə desəm özünü sudan duru hesab edən Əli Kərimlinin ildə bir-iki dəfə Məhsul stadionunda keçirdiyi iməclikləri nəyə hesablanırdı?! 50-100 nəfərin qarşısında yalan, böhtan danışıqları hakimiyyətə yiyələnmək üçün deyildimi? Hər kəlməsində seçkilərə gedək deyən Kərimli, lap Həsənlisi hansı səbəbə görə 11 aprel seçkisini boykot etdilər?”.

Kağız salfetlərin inanılmaz xüsusiyyəti

16 Fevral 2018 12:59

Kağız salfetin mikroməsaməli sellüloz lifləri və karbon nanoborularından ibarət strukturu ona elektrik keçiricilik qabiliyyəti verir və onu mexaniki təsirlərə qarşı olduqca həssas edir. Bu da salfetin enerjinin saxlanması və elastik elektronika sahəsində böyük potensiala malik olduğunu göstərir.

1551 terrorçu məhv edildi – 5 yaşayış məskəni azad edildi

16 Fevral 2018 12:57

Türkiyənin Afrində kçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1551 olub.Terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı isə 63-ə çatıb. Ötən gün Türkiyə Hərbi Qüvvələrinin Afrində Duraklı, Karri, Yuxarı Divan, Şarbanlı və Şedya kəndələrini nəzarət altına almaları barədə məlumat verilmişdi.

Parlament xüsusi iclas keçirəcək

16 Fevral 2018 12:57

Milli Məclisin 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı keçirəcəyi xüsusi iclasının vaxtı məlum olub. Məlumata görə, iclas martın 30-da keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Hökumət martın 16-da hesabat verəcək

16 Fevral 2018 12:56

Hökumətin Milli Məclisə hesabat verəcəyi tarix məlum olub. Məlumata görə, Milli Məclis martın 16-da hökumətin son bir illik fəaliyyətinə qiymət verəcək.İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək, müvafiq təkliflər səsləndiriəcəklər. Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Fəhlə tikintidə yıxılıb öldü

16 Fevral 2018 12:54

Bakının Yasamal rayonunda tikinti işləri zamanı bədbəxt hadisə baş verib.Məlumata görə, hadisə Şaxtaxtinski küçəsində yerləşən yarımtikilidə qeydə alınıb.1960-cı il təvəllüdlü Yarmətov Hacıağa Abad oğlu tikinti işi apararkən ehtiyatsızlıqdan hündürlükdən yerə yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Ölkədə 6602 əcnəbi işçi çalışır

16 Fevral 2018 12:52

2017-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş, müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6602 nəfər təşkil edib.

Bağlanan iş yerlərinin statistikası açıqlanıb

16 Fevral 2018 12:51

Ötən il ölkədə 47,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.“Olaylar” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 17,8 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.

Üstündə silah gəzdirən Bakı sakini saxlanıb

16 Fevral 2018 12:49

Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.“Olaylar” xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində Anar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Bakı şəhər sakini Anar Əliyev saxlanılıb

"Neftçi"nin prezidenti istefa verdi

16 Fevral 2018 12:46

"Neftçi”nin prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.   O.Hüseynzadə bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. O.Hüseynzadənin istefası qəbul olunub. "Neftçi” klubu ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Elşən Musayev: “Ermənistan bütün dünyadan təcrid olunub”

16 Fevral 2018 12:44

“Ermənistan Azərbaycan torpaqlarını işğal edən gündən özünü (siyasi, iqtisadi) blokada da qoyub. Ermənistan düşünürdü ki, Rusiya onun arxasında sonadək dayanacaq amma görünən o oldu ki, bu belə olmadı. Hətta Ermənistanın bəzi lobbiçiləri olan dövlətlər də kənara çəkildilər”. Bunu  millət vəkili Elşən Musayev deyib.

Deputat: "Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən etibarlı mənbələrdən biridir"

16 Fevral 2018 12:38

"Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən etibarlı və dayanıqlı mənbələrdən biridir". Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat bildirib ki, bu layihə həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Nura Surinin ərə getmək istədiyi müğənni - İnsan heç anasına ... - VİDEO

16 Fevral 2018 12:33

Nura Suri bir ara ortalıqdan yoxa çıxan Samir Cavadzadə barədə işlətdiyi "Heç anasına da zəng etmir" sözləri onu bərk qəzəbləndirib.  Samir "Hər şey daxil"in kamerası önünə keçərək Nuranı işlətdiyi ifadəyə görə qınayıb.