Radikallar məğlubiyyətdən qorxduqları üçün seçkiyə qatılmadılar

"25 ildir hakimiyyət sevdasında olan radikal müxalifət nədənsə prezident seçkilərinə qatılmadı. Hələ üstəlik seçkini boykot etmək qərarına gəldi. Niyə? Cavabı heç də qəliz deyil. Özlüyümüzdə sual verək görək, axı bu müxalifət, lap ən ağır dildə desəm özünü sudan duru hesab edən Əli Kərimlinin ildə bir-iki dəfə Məhsul stadionunda keçirdiyi iməclikləri nəyə hesablanırdı?! 50-100 nəfərin qarşısında yalan, böhtan danışıqları hakimiyyətə yiyələnmək üçün deyildimi? Hər kəlməsində seçkilərə gedək deyən Kərimli, lap Həsənlisi hansı səbəbə görə 11 aprel seçkisini boykot etdilər?”.

"25 ildir hakimiyyət sevdasında olan radikal müxalifət nədənsə prezident seçkilərinə qatılmadı. Hələ üstəlik seçkini boykot etmək qərarına gəldi. Niyə? Cavabı heç də qəliz deyil. Özlüyümüzdə sual verək görək, axı bu müxalifət, lap ən ağır dildə desəm özünü sudan duru hesab edən Əli Kərimlinin ildə bir-iki dəfə Məhsul stadionunda keçirdiyi iməclikləri nəyə hesablanırdı?! 50-100 nəfərin qarşısında yalan, böhtan danışıqları hakimiyyətə yiyələnmək üçün deyildimi? Hər kəlməsində seçkilərə gedək deyən Kərimli, lap Həsənlisi hansı səbəbə görə 11 aprel seçkisini boykot etdilər?". "OLAYLAR"-ın xəərinə görə, belə bir açıqlama ilə müstəqil ekspert Seymur Süleymanov çıxış edib. O, bildirib ki, radikallar seçkidə uduzacaqlarından qorxduqları üçün prosesə qatılmadılar: "Qorxdular, çəkindilər. Onların dərdi hakimiyyətə yiyələnmək olsa da bunu seçkiyə gedərək reallaşdırmaqdan qorxurlar. Bilib-bilməyərəkdən özləri də etiraf edir ki, biz seçkidə məğlub olacağıq. Çünki dövlətini sevən şəxs onlara səs verməyəcək. Və bu olan təqdirdə, onlara seçki yaramır. Ölkədə çaxnaşma, vətəndaş müharibəsi yaradaraq hakimiyyətə sahiblənmək arzusunda yaşayır bu insanlar. Özləri də qəbul edirlər ki, seçki onlar üçün deyil". Seymur Süleymanov deyib ki, hakimiyyətə sahiblənmək nəinki Kərimlinin, Həsənlisi, Hacılısı, Qəmbəri, İlqarı və başqa eyni düşüncədə olan radikalların çəkisinə uyğun vəzifə deyil: "Əli Kərimli illər əvvəl Elçibəyi necə qoyub qaçmışdırsa, bu gündə xalqın qarşısından qaçır. Seçkiyə getmir. Pişiyin əli ətə çatmayanda deyir ət iylənib. Bizim radikal müxalifətimiz də, seçkidə məğlub olacağını bilsə də, seçkini boykot edir. Bax bunların əsl simaları budur. Xaricdən pul qarşılığında oturub-duran şəxslərdi. Elə bilirsiz seçki oktyabrda olsaydı, iştrak edəcəkdilər? Əlbəttə xeyir. Necə ki, 25 ildir yerində sayırlar, 20 ildə keçsə, heç vaxt seçkiyə qatılmayacaqlar. Axı hansı üzlə bu xalqdan səs istəyəcəklər?! AXCP-Musavat hakimiyyətinin xalqımızın başına açdığı oyunlar heç kimin yaddaşından silinməyib. Bu iki qruplaşma necə ki Kəlbəcəri ermənilərə verdilər, indi də özləri ermənipərəstlərlə işbirliyi içindədirlər.

Azərbaycanda prezidentlik arzusunda olanların heç biri hakimiyyətin namizədinə rəqib olacaq potensiala malik deyil. Bunu birmənalı şəkildə qulağa sırğa etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31