Peşə ixtisas təhsilində alman təcrübəsi tətqiq edilir

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Almaniyanın Maklenburq Ön Pomeraniya vilayətinin İqtisadi Tədris Mərkəzi ilə birgə həyata keçirdiyi “Peşə təhsili sahəsində tərəfdaşlıq” layihəsi çərçivəsində seminar keçirilib. “OLAYLAR”-a ASK-dən bildirilib ki, ötən ildən icra edilən layihənin məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi və bu prosesin ölkəmizdə təşviq olunmasıdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Almaniyanın Maklenburq Ön Pomeraniya vilayətinin İqtisadi Tədris Mərkəzi ilə birgə həyata keçirdiyi "Peşə təhsili sahəsində tərəfdaşlıq" layihəsi çərçivəsində seminar keçirilib. "OLAYLAR"-a ASK-dən bildirilib ki, ötən ildən icra edilən layihənin məqsədi dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi və bu prosesin ölkəmizdə təşviq olunmasıdır.

Alman və azərbaycanlı ekspertlərdən ibarət işçi qrupun üzvləri seminarda bu sahədə mövcud vəziyyəti və əldə olunmuş nəticələri müzakirə ediblər.

Peşə təhsili müəssisələrinin tələblərini və kadr ehtiyaclarının öyrənmək məqsədilə onlayn monitorinq sisteminin yaradılması istiqamətində əldə olunmuş nəticələr geniş müzakirə olunub.

Sonda qarşıdakı aylarda sahibkarlarla birgə seminarların keçirilməsi və monitorinqin mahiyyəti vəməqsədi barədə işəgötürənləri məlumatladırmaq qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31