Perspektiv yox, bazar məhdud, alıcılıq aşağı... - Melkumyan

Ermənistanda inflyasiya probleminin həlli üçün sadəcə əhalinin gəlirlərini artırmaq lazımdır. Bunu Ermənistan parlamentinin İqtisadiyyat Komissiyasının iclasında çıxışı zamanı Çarukyan Blokundan olan deputat Mikayıl Melkumyan söyləyib.

"Siz insanları dalanda qoymusunuz. 2015-ci ildən bəri siz nə maaşları, nə təqaüdləri qaldırırsınız. Bundan əlavə, demirsiniz ki, 2020-ci ilə qədər bu artım, ümumiyyətlə, planlaşdırılmır. Xarici investorlar ölkədə biznesin inkişafı üçün ciddi perspektiv görmür. Onlar burada perspektivi olmayan müəssisələrə yatırım etməklə risk etmək istəmir; Ermənistan bazarının məhdud imkalarını yaxşı görür, əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğunu əla bilir", - deyə o bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31