Gündəm
Muğam Mərkəzində Əhəd Əliyevin 125 illik yubileyi
Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və “Mədəniyyət”kanalının informasiya dəstəyi ilə məşhur qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd 1893-1942) 125 illik yubileyi keçirildi. Tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Fəlsəfə doktoru Gülhüseyn Kazımlı əfsanəvi qarmonçalının həyat və yaradıcılığı haqqında məlumat verdi.
Qəbələdə ev quşları tələf olur - VİDEO
Qəbələdə son günlər ev quşlarının tələf olması insanları narahat edib. Sakinlərin sözlərinə əsasən Abrıx kəndində son iki ayda 300-ə qədər quş tələf olub. Rayon baytarlıq idarəsinin əməkdaşları əraziyə baxış keçirəndən sonra bildiriblər ki, narahatlığa əsas yoxdu. Ev quşları qurd xəstəliyinə görə tələf olub.
Qaradağlı faciəsindən 26 il ötür
Qaradağlı faciəsinin ildöünümür. Faciədən 26 il ötür. Azərbaycan Respublikası, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 26 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.
Naxçıvan ordusunac son model zirehli texnika verilib
Müasir BTR-82A zirehli transportyorları Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib. Güclü silahı, zirehli müdafiəsi və yüksək manevr qabiliyyəti olan BTR-82A zirehli transportyoru döyüş meydanında piyadaların hərəkət imkanlarını və mobilliyini artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin müxtəlif silah sistemlərinə qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava hədəflərini məhv etmək, ekipajın atıcı silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması məqsədilə təyin olunub.
Məşhur musiqiçi soyğuna məruz qaldı - Bahalı aləti oğurlandı
Məşhur fransız violonçel ifaçısı Ofeliya Qayar Paris yaxınlığında silahlı hücuma məruz qalıb. Evdən çıxıb avtomobilə əyləşən musiqiçiyə naməlum şəxs bıçaqla hücum edib. Hücum edən şəxs ondan violonçelini və mobil telefonunu tələb edib.
ABŞ 13 rusiyalıya qarşı ittihamlar irəli sürdü
Tibb Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalandı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Olaylar.az bildirir ki, sənədi Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Tibb Universitetinin rektoru Gəray Gəraybəyli imzalayıblar.
Tanışlıq saytlarının istifadəçiləri fırıldaqçılarla üzləşir
“ESET” şirkəti tanışlıq saytlarına daxil olmalarla əlaqədar risklərin qiymətləndirildiyi tədqiqatın nəticələrini dərc edib.
“Microsoft” fotonu kompüterə sürətli ötürmək üçün mobil proqram istifadəyə verib
“Microsoft” korporasiyası tərəfindən təqdim edilmiş mobil proqram “iOS” sisteminin idarəetməsi altında işləyən qurğulardan fotoşəkili “Windows 10” platforması ilə işləyən kompüterə sürətli şəkildə ötürməyə kömək edəcək.
Dünyanın ilk pilotsuz hava taksisi istifadəyə hazırdır
Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubay səmasında qeyri-adi nəqliyyat vasitəsinin – avtonom (kabinədə insan tərəfindən idarə olunmayan) hava taksisinin istifadəyə verilməsi planlaşdırılır. Layihə effektiv dövlət idarəçiliyi və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr edilən VI illik Ümumdünya Hökumət Sammitində (World Government Summit, WGS 2018) təqdim olunub.
Avstraliyada qrafenin köməyilə suyun filtrasiyası və duzdan təmizlənməsi texnologiyası yaradılıb
Avstraliya Elmi və Tətbiqi Tədqiqatlar Birliyi (CSIRO) tərəfindən hazırlanmış texnologiya bir mərhələdə qrafenin köməyi ilə suyu süzgəcdən keçirməyə və duzdan təmizləməyə imkan verir.
Azərbaycanda Çin Yeni ili
Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və universitetin tələbələri Çin Yeni ili – Çinin ay-günəş təqvimində ən uzun və ən vacib bayram olan Bahar Festivalı ilə əlaqədar keçirilən bayram şənliyində iştirak ediblər.
“Samsung” şirkəti təzyiqi ölçən “ağıllı” saatlar istehsal edəcək
Cənubi Koreyanın “Samsung” şirkəti “ağıllı” saat vasitəsilə arterial təzyiqi ölçməyə imkan verən texnologiya üçün patent hüququ alıb. Bu barədə Cənubi Koreya KİV-ində yayılan məlumatlarda deyilir.
Şvarsnegger parodiya filminə çəkilir
Məşhur aktyor, Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsnegger 1980-cı illərdə çəkilən döyüş filmlərinin parodiyası olan "Kung Fury" filmində rol alacaq. Məlumata görə, filmdə əsas rol Maykl Fasbenderə tapşırılıb. Həmçinin David Hasselhofu da filmdə görmək mümkün olacaq. Yeni filmin rejissoru, prodüseri, ssenari müəlliflərindən biri olan David Sandberq həm də filmdəki obrazlardan birini canlandıracaq.
Üç min il əvvəl kəşf edilən ŞƏFA BİTKİSİ...
Xalq təbabətində geniş istifadə olunan əzvay (aloe) öz möcüzəvi faydaları ilə illərin sınağından çıxmış bitkilərdən sayılır. Bir çox xəstəliklərin müalicəsində əzvaydan istifadə etməklə şəfa tapmaq mümkündür.














