Azərbaycanda Çin Yeni ili

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və universitetin tələbələri Çin Yeni ili – Çinin ay-günəş təqvimində ən uzun və ən vacib bayram olan Bahar Festivalı ilə əlaqədar keçirilən bayram şənliyində iştirak ediblər.

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və universitetin tələbələri Çin Yeni ili - Çinin ay-günəş təqvimində ən uzun və ən vacib bayram olan Bahar Festivalı ilə əlaqədar keçirilən bayram şənliyində iştirak ediblər.

Olaylar.az bildirir ki, Azərbaycandakı Çin diasporu nümayəndələrinin "Böyük Çin səddi" Çin kulinariya mərkəzində təşkil etdikləri bayramda ADU-nun nümayəndələri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Eyni zamanda, konsert proqramında ənənəvi və populyar müasir Çin mahnı və rəqslərinin ifası, milli alətlərdə xalq musiqisi, "tay ji chuan" gimnastikası və Çin xəttatlıq üslubunun əsas elementlərinin nümayişi, Çin ənənəvi xalq oyunlarının və şən müsabiqələrinin keçirilməsi, Çin və Azərbaycan mədəniyyətinin elementlərini birləşdirən art-instalyasiyasının təqdimatı olub. Bayram gecəsi çərçivəsində qastronomik festival keçirilib və ənənəvi Çin Yeni il şam yeməyinin hazırlanması üçün ördək, toyuq, balıq, həmçinin "tzyaotzi" köftələri və "nyanqao" düyü çərəzləri daxil olmaqla master-klass təşkil edilib və çay mərasimində qonaqlara "tanhua" karamel nümunələri, Çin xalq sənətinin və əl sənətlərinin növlərindən biri olan duzlu xəmir fiqurları verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31