Gündəm
Möcüzə yaradan üç sadə komponent -Alman təbiblərinin gizli resepti
Təbii vasitələrlə müalicə; ən səmərəli, məhsuldar və zərərsiz üsul… Təzyiqi normaya salan reseptin bir çox faydaları vardır. Zəncəfil, sarımsaq və limon qarışığı Bu reseptin vətəni Almaniyadır. Cövhər üç güclü inqrediyentlərdən ibarətdir: Zəncəfil, sarımsaq və limon. Bitkilərin hər biri özlüyündə çox faydalıdır, amma onlar birləşəndə daha böyük möcüzələr yarada bilər.
Daha bir serialın baş rol aktyorları həyatda sevgili oldu
“Ufak Tefek Cinayetler” serialının baş qəhrəmanları Gökçe Bahadır ilə Mert Fıratın sevgili olduğu irəli sürülüb. Cütlük serial çəkilişlərində və fasilələrdə daim birlikdə vaxt keçirir. Onlar yeməklərini birlikdə yeyir, istirahət vaxtlarında karavanda bir yerdə olurlar.
“Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində konsert-tamaşa
Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Ələsgərin saz-söz dünyası”adlı konsert keçirilib. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihənin növbəti konsert-tamaşa təqdim edilib.
Türklər və yunanlar arasında növbəti gərginlik
Türk və yunan hərbi gəmiləri arasında yaşanan gərginliyin kamera görüntüləri yayıldı. Yunanıstan ilə Türkiyə arasında, Kardak yaxınlığında yaşanan böhran zamanı təhlükəsizlik gəmilərinin bir-biri ilə toqquşması kameralara əks olunub. Türk gəmiləri Türkiyə sərhədlərini keçməyə çalışan yunan təhlükəsizlik gəmisinə əvvəlcə “həyəcan siqnalı” verib.
ABŞ kəşfiyyatının Qarabağla bağlı məxfi məktubu aşkarlandı
Qarabağla bağlı məxfi məktubu aşkarlandı… Rusiyanın ermənipərəst “regnum” agentliyində Ermənistanda keçiriləcək seçkilərə həsr olunmuş məqalə yayımlanıb. Qarib Babayanın imzası ilə yayılan məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin seçkilərə təsirinə də toxunulur.
Lənkəranda 31 yaşlı kişi özünü asdı
Lənkəran şəhərində 31 yaşlı kişi özünü asaraq intihar edib. Hadisə şəhərin Vaqif Hüseynov küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Şahin Nurəddin oğlu İbrahimov həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
7,5 bal gücündə zəlzələ - Əhali təşvişə düşdü
Məhkəmədən "Facebook"a QADAĞA!
Belçika məhkəməsi Amerikanın "Facebook" şirkətinə sosial şəbəkə istifadəçilərinin razılığı olmadan internetdə fəliyyətlərini izləməyi qadağan edib. Bu barədə Belçika məhkəməsi qərar çıxarıb.
Milli Konservatoriyada Arif Babayevin 80 illik yubileyi qeyd ediləcək
Tramp Netanyahu ilə Ağ Evdə görüşəcək
Leyla Əliyeva tanınmış rəssam Alfons Muxanın sərgisinin açılışında - FOTOLAR
Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində “Alfons Muxa: gözəllik axtarışında” adlı sərgi açılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib. Muxa Fondu ilə qarşılıqlı əməkdaşlıq şəraitində təşkil edilən sərginin açılış mərasimində bu fondun prezidenti, Alfons Muxanın nəvəsi Con Muxa sərginin bu möhtəşəm binada təşkil olunmasından məmnunluğunu vurğulayaraq dedi: “Mən sizin gözəl ölkənizə və şəhərinizə səfər etməkdən məmnunam. Ümidvaram ki, bundan sonra ölkənizə daha çox səfər edəcəyəm”. Con Muxa qeyd etdi ki, 2018-ci il Çexiya, istərsə də Azərbaycan üçün mühüm ildir. Belə ki, bu il Çexiya dövlətinin qurulmasının 100 illiyi qeyd edilir. Eləcə də bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi qeyd olunacaq.
Tanınmış bəstəkarın 80 illiyi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bəstəkarın anadan olmasının 80 illiyinin ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edildiyi bildirilib.
Həftəsonu Gənc Tamaşaçılar Teatrında
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi bu həftə də teatrın reperatuarı həm məktəblilər həm də gənc və yaşlı nəslin zövqünü oxşamağa çalışıb. Olaylar.az bildirir ki, fevral ayının 17-də saat 12:00 və 14:00-da məktəblilər üçün A. Lindqrenin “Uzuncorab Pippi” tamaşası, ayın 18-i isə eyni saatlarda Azərbaycan Xalq nağılı “Göyçək Fatma” tamaşaları nümayiş olunacaq. Teatrın axşam repertuarında isə 17 fevral tarixində Ə. Əmirlinin “Mən səni sevirəm – MSS”, 18 fevral tarixində isə Ə. Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşaları təqdim olunacaq. Tamaşalar saat 19:00-da başlanır.
Kollecdə silahlı insident
ABŞ-ın Sietl şəhəri (Vaşinqton ştatı) yaxınlığında “Highline” kollecində atışma olub. İnsidentin kollec ərazisindəki yataqxanada qeydə alındığı bildirilir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
60 yaşlı kişidən ŞOK İDDİA: "2118-ci ildən gəlmişəm, binaların şəkillərini çəkmişəm" - VİDEO
Zamanda səyahət etdiyini iddia edən kişi dünya mediasını şoka salıb. Özünü Aleksandr Smit adlandıran təxminən 60 yaşlarında bir kişi 2118-ci ilə səyahət edib geri döndüyünü, oradakı həyatın necə olduğunu, binaların görünüşünün şəkillərini çəkdiyini bildirib.














