Tanınmış bəstəkarın 80 illiyi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bəstəkarın anadan olmasının 80 illiyinin ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edildiyi bildirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Olaylar.az bildirir ki, muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Bəstəkarın anadan olmasının 80 illiyinin ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edildiyi bildirilib.

Tədbirdə muzeyin şöbə müdiri Xanım Abdinova Elza İbrahimovanın həyat və yaradıcılığı, əsərlərinin əsas məqamları, onun yaradıcılığının televiziya və radio kanallarında təbliğ olunması haqqında məlumat verib.

Tədbirdə muzeyin Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə Əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov və digər incəsənət ustalarının ifasında bəstəkarın mahnı yaradıcılığından nümunələr səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31