Milli Konservatoriyada Arif Babayevin 80 illik yubileyi qeyd ediləcək
17 Fevral 2018 09:50 MədəniyyətFevralın 20-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq Artisti, professor Arif Babayevin 80 illiyinə həsr edilən yubiley gecəsi keçiriləcək.
Tədbirdə görkəmli vokal, muğam və instrumental ifaçıların təqdimatında geniş konsert proqramı təqdim ediləcək. Gecədə, həmçinin sənətkarın muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31