“Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində konsert-tamaşa
Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində “Aşıq Ələsgərin saz-söz dünyası”adlı konsert keçirilib. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihənin növbəti konsert-tamaşa təqdim edilib.
17 Fevral 2018 17:20 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Aşıq Ələsgərin saz-söz dünyası"adlı konsert keçirilib. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" adlı möhtəşəm layihənin növbəti konsert-tamaşa təqdim edilib.
"Aşıq sənətini bir dağa bənzətsək, haradan baxırsan bax, ancaq oradan yenə Ələsgər zirvəsi görünür". Bu fikirlər XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur saz-söz ustalarından biri olan Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş "Ələsgərin saz-söz dünyası" adlı tədbirdə səsləndirilib. Qeyd edək ki, layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə həyata keçirilir.
Tədbirdə Aşıq Ələsgərin şeir və dastanları əsasında qurulmuş səhnələr təqdim olunub. Tamaşada Aşıq Əli Zeynalov, Aşıq Fidan Qurbanova, Aşıq Əfsanə Kərimova, Aşıq Nəbi Nağıyev, Aşıq Solmaz Kosayeva, Aşıq Azər Əliyev, Aşıq Sərdar Məmmədov, Aşıq Nazim Quliyev, Aşıq Təbriz Vəliyev, Aşıq Kərəm Vəliyev, Aşıq Vəli Paşayev, Aşıq Toğrul İbrahimov, Aşıq Altay Məmmədli iştirak edərək aşıq havalarından "Kərəm gözəlləməsi", "Aran gözəlləməsi", "Yanıq Kərəmi", "Göyçəgülü", "Qaraçı", "Cəlili", "Mirzəcanı", "Göyçə gözəlləməsi" ifa ediblər. Konsert-tamaşa aşıq musiqisini və poeziyasını sevənlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, may ayınadək davam edəcək.