Qəbələdə ev quşları tələf olur - VİDEO
Qəbələdə son günlər ev quşlarının tələf olması insanları narahat edib. Sakinlərin sözlərinə əsasən Abrıx kəndində son iki ayda 300-ə qədər quş tələf olub. Rayon baytarlıq idarəsinin əməkdaşları əraziyə baxış keçirəndən sonra bildiriblər ki, narahatlığa əsas yoxdu. Ev quşları qurd xəstəliyinə görə tələf olub.
17 Fevral 2018 09:24 SosialQəbələdə son günlər ev quşlarının tələf olması insanları narahat edib. Sakinlərin sözlərinə əsasən Abrıx kəndində son iki ayda 300-ə qədər quş tələf olub. Rayon baytarlıq idarəsinin əməkdaşları əraziyə baxış keçirəndən sonra bildiriblər ki, narahatlığa əsas yoxdu. Ev quşları qurd xəstəliyinə görə tələf olub.
Təsərrüfatlarda hər gün 3-4 ev quşu tələf olur. Qəbələ rayonunun Abrix kənd sakinləri son günlər kənddə ev quşlarının kütləvi tələf olmasından narahat olublar. Onlar quşlarda hansısa infeksion xəstəliyin olmasından ehtiyat edirlər.
Abrix kəndində hazırda 150 ailə yaşayır. Sakinlərin sözlərinə görə son iki ayda 300-ə qədər quş tələf olub.
Qəbələ rayonunun baytarlıq idarəsindən bildirildi ki, sakinlərin narahatlığına səbəb ola biləcək heç bir infeksion xəstəlik aşkarlanmayıb. Sadəcə ev quşları qurd xəstəliyinə görə tələf olub.
Baytarlar məsləhət görür ki, toyuqların və digər quşların düzgün yemlənməsinə diqqət yetirmək lazımdır.
A24.az