ABŞ 13 rusiyalıya qarşı ittihamlar irəli sürdü

Rusiya ABŞ-dakı seçkilərə müdaxiləsi haqqında araşdırma üzrə ABŞ-ın xüsusi prokuroru Robert Müller Rusiya Federasiyasının 13 vətəndaşına qarşı ittihamlar irəli sürüb. Bu haqda Müllerin ofisinə istinadən "Blomberg" agentliyi bildirib.

Rusiya vətəndaşları ABŞ-dakı prezident seçkilərinə müdaxilədə ittiham olunurlar. Müllerin ofisi iddia edir ki, bir sıra Rusiya vətəndaşları seçkilərə müdaxilə məqsədi ilə ABŞ-da kəşfiyyat informasiyasını toplayırdı. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31