Gündəm
Azərbaycanla Türkiyə arasında saziş ratifikasiya edildi
Milli Məclis Azərbaycanla Türkiyə arasında 2017-ci ildə imzalanan iki sazişi ratifikasiya edib. “Olaylar” ın xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” imzalanan sazişlər müzakirə olunub. Müzakirələrdən sonra sazişlər təsdiqlənib.
Əli Hüseynli: “479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb”
“Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi. Dəyişiklikdən sonra 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı”.
Böyük əfv gözlənilir
“Bu yaxınlarda ölkədə böyük həcmli əfv sərəncamının verilməsi gözlənilir”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib: “Bununla bağlı hazırda ciddi işlər gedir.
Deputat: “Vəkillərin səlahiyyətləri artırılmalıdır”
“Vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram. Burada dəfələrlə bildirilib ki, vəkillik institutunun nüfuzunu qaldırmaq lazımdır. Vəkillərimizin sayı azdır. Ədalət mühakiməsini vəkilsiz və çəkişməsiz təsəvvür etmək mümkün deyil”.
Əli Hüseynli: "Vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edilməməlidir"
“Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam çox əhəmiyyətlidir. O fikirlə razı deyiləm ki, vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edək. Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir”.
Müharibəyə səbəb olacaqdı – Hadisənin təfərrüatları ORTAYA ÇIXDI
Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik son günlər daha da artıb.
Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş sərgi açılıb
AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı sərgi açılıb. Olaylar.az bildirir ki, sərgidə Xocalı soyqırımı haqqında yazılmış kitablar nümayiş olunub. Müxtəlif dillərdə sərgilənən kitablarda Xocalı gerçəkləri, soyqırım həqiqətləri əks olunub. Sərgidə kitabxananın fondlarında olan kitablar, fotoşəkillər nümayiş olunur.
Azərbaycan XİN: Niderland parlamentinin qərarı qərəzli və qeyri-obyektivdir
Moskva ABŞ-ın ssenarisini RƏDD ETDİ
“Dövlət administrasiyası faktiki olaraq Moskvanı razılaşmağa çağırır ki, BMT-nin sülhməramlıları Donbasda işğal ordusu rolunu oynasınlar və onu nəlbəkidə Kiyev rejiminə versinlər. Nəticədə, Kiyev Donbasda çoxdan nəzərdə tutulmuş təmizləməni həyata keçirəcək”.
İstanbulda Xocalı abidəsi
Fevralın 26-da İstanbulun Bağcılar bölgəsində Azərbaycan Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsini əks etdirən abidənin açılışı olacaq. Abidə İstanbul Bələdiyyəsi və Azərbaycan İstanbul Baş Konsulluğunun birgə işi nəticəsində hazırlanıb.
“Yazırlar ki, kişiyə oxşayırsan”- Sevda Yəhyayeva - VİDEO
Bu sözləri ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı olan müğənni Sevda Yahyayeva deyib. Müğənni sosial şəbəkələrdə yayılan görüntülərdən danışıb: “Düzdü yazıb edirlər ki, kişiyə oxşayır. Amma o da mən olmuşam.
Oqtay Əsədov: “Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”
“Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin bu plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
Ərdoğan: "Əsas məqsədimiz 3 milyon suriyalının öz torpaqlarına qayıtmasını təmin etməkdir”
“Suriya və İraqdakı qeyri-sabitlik nəticəsində 3 milyon miqranta ev sahibliyi etdik. Qısa müddətdə bu ölkələrdə sabitliyin yaranacağına ümid bəsləsək də, Suriyada qeyri-sabitlik artdı, Suriyadakı terrorun torpaqlarımıza çatdığını gördük”.
MTRŞ: "Xəbərdarlıqdan sonra “Avto FM”də dəyişikliklər hiss olunur"
““Avto FM”ə (107.7) xəbərdarlıq edildikdən sonra radioda müəyyən müsbət dəyişikliklər hiss olunur”. Bunu Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Abid Şərifov: “Nazirlər Kabineti bu qərarı ilə 25 nəfəri ölümdən xilas etdi”
“Bayıl yamacındakı sürüşmə zonasında 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq” “Bayıl yamacındakı sürüşmə zonasından 97 ailə köçürülüb, 4 ev uçub, 2 ev də bu gün, sabah uçacaq. Bu 2 evin artıq yarısı uçub”. Bunu baş nazirin müavini Abid Şərifov deyib. A. Şərifov deyib ki, Nazirlər Kabinetinin ilk qərarı sakinlərin bu təhlükəli ərazidən çıxarılması olub: “Nazirlər Kabinetinin Ehtiyat Fondundan bu sakinlərə kirayə pulu ayrılıb. Nazirlər Kabineti qərarı ilə 25 nəfəri nağd ölümdən xilas edib. Həmin uçan 4 evdə 25 nəfər insan yaşayırdı”.













