Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş sərgi açılıb

AMEA Mərkəzi Elmi Kitabxanasının  Sərgi salonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı sərgi açılıb. Olaylar.az bildirir ki, sərgidə Xocalı soyqırımı haqqında yazılmış kitablar nümayiş olunub. Müxtəlif dillərdə sərgilənən kitablarda Xocalı gerçəkləri, soyqırım həqiqətləri əks olunub. Sərgidə kitabxananın fondlarında olan kitablar, fotoşəkillər nümayiş olunur.

AMEA Mərkəzi Elmi Kitabxanasının  Sərgi salonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı sərgi açılıb.

Olaylar.az bildirir ki, sərgidə Xocalı soyqırımı haqqında yazılmış kitablar nümayiş olunub. Müxtəlif dillərdə sərgilənən kitablarda Xocalı gerçəkləri, soyqırım həqiqətləri əks olunub. Sərgidə kitabxananın fondlarında olan kitablar, fotoşəkillər nümayiş olunur.

Sərgidə eyni zamanda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan-Ermənistan münaqişəsinə 22 fevral 2018-ci il tarixinə olan məlumatı, həmçinin Xocalı faciəsi haqqında yerli və dünya mediasında əks olunan materiallar da əks olunub.

Sərgi mayın 31-dək davam edəcək.

Qeyd edək  ki, Xocalı soyqırımı haqqında Mərkəzi Elmi Kitabxananın fondlarında mövcud olan ədəbiyyat MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Faciənin qurbanları barədə məlumatlar isə MRY bazası daxilində yaradılmış "20 yanvar", Aprel döyüşü şəhidləri, Azərbaycanın milli qəhrəmanları və digər mühüm hadisələrə aid statistikaların əks olunduğu "Siyahılar" kateqoriyasında yerləşdirilib. Bu məlumatlar paralel olaraq Vikipediyada da yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31