Gündəm
Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur”
“Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən artıq insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanılıb”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
15 milyon ton zibilin yanında uçuşan milyardlar - SAVAŞ YENİ BAŞLAYIR
Ayaz Mütəllibov: "Xocalını çəkməyi Çingizə mən tapşırdım"
Xocalıda həlak olan insanlarımızın ailələrinə, yaxınlarına dərin hüzünlə başsağlığı verir, Allahdan onlara, cəmi şəhidlərimizə, günahsız yerə qətlə yetirilmiş insanlarımıza rəhmət diləyirəm.
Prezident: “Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
NASA: "Ay səthinə ilk kommersiya tipli özüyeriyən kosmik aparat göndəriləcək"
"NASA-nın yaxın gələcək üçün əsas məqsədləri Yerətrafı orbitdə işlərin davam etdirilməsi, Aya, Marsa və Günəş sisteminin uzaq planetlərinə uçuşların planlaşdırılmasından ibarətdir".
Türkiyədə yanacağın qiyməti qalxdı
Türkiyədə yanacağın qiyməti bahalaşıb. sabahdan etibarən dizelin qiyməti 0.13 lirə qalxacaq.
İlhamə Quliyevanın sirr saxlanılan son vəsiyyəti efirdə qəfil açıqlandı - VİDEO
"Hər şey daxil" verilişində İlhamə Quliyevanın anım günü keçirilib. Studiaya təşrif buyuranlar arasında mərhum sənətkarın bacıları İradə və Gülbahar xanım da olub. Aparıcı Tolikin İlhamə Quliyevanın son vəsiyyətini hələlik sirr olaraq saxlamaq istədiklərini desə də, verilişin qonaqları arasında yer alan əməkdar artist Firuzə İbadova bunu açıqlayıb.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü həbs edilib
Balakən rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Uşaqlara Tufan, Sunami və Qazax adını qoymaq istəyənlər var
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına valideynlər tərəfindən uşaqlara Tufan, Sunami, eləcə də Qazax rayonunun adının qoyulması üçün müraciətlər edilib. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, bu müraciətlərə mənfi cavab verilib: “Valideynlər bizə müraciət edərək bildiriblər ki, uşaq 8 aydır, lakin adsızdır, biz ona Sunami adını qoymaq istəyirik. Bundan başqa, dünən oğlan uşağına Tufan adının qoyulması üçün müraciət edilib. Daha bir oğlan uşağı isə Qazaxda dünyaya gəldiyi üçün onun adını Qazax qoymaq istəyirdilər. Biz bu müraciətlərin hər üçünə mənfi cavab vermişik”.
Yadplanetliləri ancaq bu ŞƏXSLƏR GÖRƏ BİLƏR - Alim AÇIQLADI
Yadplanetliləri ancaq fırıldaqçılar görür. Bu fikirləri astoronom, professor Ethem Derman deyib. Bu istiqamətdə çoxlu araşdırma apardığını qeyd edən E.Derman bu vaxta qədər teleskopların bir dəfə də olsun yadplanetli qeydə almadığını bildirib: “Hər kəs yadplanetli gördüyünü deyir, amma 100-dən çox teleskopla bütün günü göyün şəklini çəkirik, bir dəfə də olsun yadplanetli qeydə almamışıq. Yadplanetliləri ancaq bu işdən qazanc əldə edən fırıldaqçılar görür, beynini bununla məşğul edən və bəzi ağlı başında insanları da inandırırlar”.
Yəməndə Əl Qaidənin qalası ələ keçirildi
Yəməndə hakimiyyət qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ölkənin şərqində əməliyyat keçirib. Hadramevt əyalətində keçirilən əməliyyat nəticəsində Əl Qaidənin qalası hesab olunan Misini vadisində nəzarət tamamilə bərpa olunub. Məlumata görə, əməliyyat zamanı ən azı 20 Əl Qaidə üzvü öldürülüb, bir çox terrorçu isə əsir götürülüb.
Uşaqların ifasında “Xocalı” faciəsi
Fevralın 26, saat 15:00 –da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 26 fevral-Xocalı soyqırımına həsr olunmuş “Xocalı” adlı tamaşa təqdim olunacaq.
Putin və Ruhani İstanbula gedir – Zirvə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin aprel ayında son bir il ərzində 9-cu dəfə görüşəcəklər. Görüş zamanı həm iqtisadi, həm də siyasi məsələlər müzakirə ediləcək.
Şəhid Şahlar Nəzərova həsr edilmiş kitab işıq üzü görüb
Yardımlı rayon Peştəsər kənd ümumi orta məktəbin müəllimi tanınmış ədəbiyyatşünas-filosof, fəlsəfə doktoru Sabir Bəşirov şəhid Şahlar Nəzərova həsr edilmiş kitab çap edib. “Olaylar” xəbər verir ki, kitabda Vətənimizin bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş baş leytenant Şahlar Nəzərovun keçdiyi ömür yolundan bəhs olunur.
Misir Prezidenti Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misir Prezidentinə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır.














.jpg)