Yəməndə Əl Qaidənin qalası ələ keçirildi
Yəməndə hakimiyyət qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ölkənin şərqində əməliyyat keçirib. Hadramevt əyalətində keçirilən əməliyyat nəticəsində Əl Qaidənin qalası hesab olunan Misini vadisində nəzarət tamamilə bərpa olunub. Məlumata görə, əməliyyat zamanı ən azı 20 Əl Qaidə üzvü öldürülüb, bir çox terrorçu isə əsir götürülüb.
23 Fevral 2018 12:02 DünyaYəməndə hakimiyyət qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ölkənin şərqində əməliyyat keçirib. Hadramevt əyalətində keçirilən əməliyyat nəticəsində Əl Qaidənin qalası hesab olunan Misini vadisində nəzarət tamamilə bərpa olunub. Məlumata görə, əməliyyat zamanı ən azı 20 Əl Qaidə üzvü öldürülüb, bir çox terrorçu isə əsir götürülüb.
Qeyd edək ki, Misini vadisini azad edən hakimiyyət və koalisiya qüvvələri bir həftəyə yaxın ərazidə Əl Qaidə yaraqlılarını mühasirədə saxlamışdı. Axar.az