Gündəm

Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının iclası keçirilib

23 Fevral 2018 11:53

Misirin Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib. İclasda Müştərək Komissiyada həmsədrlər – Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasrin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edib.

Amasya Universitetində Xocalı şəhidləri anılıb

23 Fevral 2018 11:49

Türkiyə Cümhuriyyətinin Amasiya Universitetində Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib. Bu barədə məlumatı “OLAYLAR”-a "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu verib. Tədbirdə əvvəlcə faciə qurbanlarınəın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı faciəsindən bəhs edən film nümayiş olunub. Çıxış edənlər 1992-ci ilin fevralın 26-da ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımdan bəhs edib, insanlıq əleyhinə yönəlmiş bu cinayətin iştirakçılarının tezliklə cəzalandırılmasını tələb ediblər.

Minskdə DİM üzrə milli kordinatorların Regional Forumu keçirilib

23 Fevral 2018 11:47

2018-ci ilin 21-22 fevral tarixlərində Minskdə Belarus Respublikası və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf sahəsində milli səylərin dəstəklənməsi üçün əməkdaşlığın qurulması” mövzusunda Avropa və Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üzrə milli kordinatorların Regional Forumu keçirilib.

YAP İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün imzaları MSK-ya təqdim edib

23 Fevral 2018 11:45

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bu barədə Yap-dan məlumat verilib. Məlumatda bildirilir ki, partiyaİlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

Xocalı soyqırımına həsr olunmuş film Kaliforniyada nümayiş olundu

23 Fevral 2018 11:45

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin Birinci Universalist Unitar Kilsəsində Xocalı soyqırımına həsr olunmuş geniş anma tədbri keçirilib. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və San Dieqo-Bakı Dostluq Assosiasiyası tərəfindən keçirilən tədbirdə Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən Qaçarkən” (Running from the Darkness) sənədli filmi nümayiş etdirilib. Sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

Yeni hücum başlayır - Donald Tramp bu gün ELAN EDƏCƏK

23 Fevral 2018 11:43

ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni genişmiqyaslı sanksiyaları tətbiq etməyə qərar verib. Bu haqda Ağ Evdəki şəxsi mənbələrə istinadən “Röyters” agentliyi yazıb. Söhbət Şimali Koreyaya qarşı sanksiyaların ən böyük paketindən gedir. Hədəf KXDR-i nüvə proqramından imtina etməyə və denuklerizasiya prosesinə başlamağa məcbur etməkdir.

Məşhur müğənni əməliyyat üçün sürətlə kilo aldı

23 Fevral 2018 11:43

90 kilo olan türkiyəli müğənni mədəkiçiltmə əməliyyatı keçirib. Olaylar.az bildirir ki, Dəniz Seki  bir müddət öncə həkimə arıqlama məqsədi ilə müraciət etmişdi.

1873 terrorçu məhv edildi – “Zeytun budağı” əməliyyatı zamanı

23 Fevral 2018 11:42

Türk Silahlı Qüvvələrinin və Azad Suriya Ordusu  Suriyanın Afrin şəhərində “Zeytun budağı” əməliyyatı davam edir. Olaylar.az bildirir ki, əməliyyatın 35 – ci günündə 1873 terrorçu məhv edilib.

Əliyevin çıxışı hamını qorxuya salmışdı – Bünyadovun qatili

23 Fevral 2018 11:37

1997-ci il fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib. Akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında baş tutmuş müsahibəni təqdim edir:

Məmur qohumu məhkəmə zalında həbs edildi

23 Fevral 2018 11:26

Bakıda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Emil Hüseynov 9 il cəza alıb. O məhkəmə zaləndan həbs edilib. İttihama görə, təqsirləndirilən Emil Hüseynov Emin Məmmədovdan külli miqdarda pul alaraq Elnar Əsgərova (keçmiş Nəqliyyat nazirinin müavinin oğlu-red.) verib. 

Kreml 1945-dən sonra ilk dəfə torpaq zəbt etdi – Britaniya

23 Fevral 2018 11:21

Qərb ölkələri Rusiyaya qarşı mübarizədə iradəli olmalıdırlar. Bu sözlər Britaniya Xarici İşlər naziri Boris Consonun Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan məqaləsində yer alıb.

AzTV sədrini öldürmək istəyən şəxs MƏHKƏMƏ QARŞISINDA

23 Fevral 2018 11:18

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Ermənistanın Dağlıq Qarabağdakı qoşunlarının komandanı Ermənistan-RF birgə qoşunlarının komandan təyin edildi

23 Fevral 2018 11:10

Prezident S.Sərkisyan general-mayor Tiqran Parvanyanı I ordu komandanlığından azad edib, Ermənistan-Rusiya qoşun birləşmələrinə komandan təyin etdi. T.Parvanyan I ordunun komandanı olmaqla yanaşı, həm də Ermənistan-Dağlıq Qarabağ birgə işğalçı qoşunlarının komandanı idi.

Brilliant Dadaşova aparıcıları YIXIB-SÜRÜDÜ

23 Fevral 2018 10:56

“Əziz dostlar, sonra deməyin ki, niyə televiziya proqramlarında tez-tez görünmürəm. Baxın görün ki, Seda Sayan verilişə gələn qonağa necə diqqət yetirir”. Bu sözləri Xalq artisti Brilliant Dadaşova instaqram hesabında yazıb. O, aparıcıların etik qaydalara riayət etməməsindən gileylənib:

Çempionu öldürən həbsxanaya göndərildi - QƏRAR

23 Fevral 2018 10:44

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəli ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Əlifağa Məmmədovun barəsində olan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.  Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Əlifağa Məmmədovun cəzasının yüngülləşdiriıməsi barədə verdiyi apelyasiya şikayəti təmin edilməyib.