Gündəm

İçərişəhərdə sərgi - “Avropa”

23 Fevral 2018 10:01

İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında rəssam Xanlar Məmmədovun əsərlərindən ibarət “Avropa” adlı rəsm sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatının birgə təşəbbüsü ilə reallaşıb.

“Fəlakət”in toyunda NƏLƏR YAŞANDI? - VİDEO

23 Fevral 2018 09:52

“Bozbash Pictures”də Fəlakət obrazı ilə tanınan aktyor Elşən Orucovun dünən qız toyu baş tutub. ATV kanalında çalışan İlahə adlı xanımla ailə quran 33 yaşlı aktyorun toyu restoranların birində baş tutub. Mərasimdə şou-biznes nümayəndələri də iştirak edib.

“Hadi be oğlum” filmi Nizami Kino Mərkəzində

23 Fevral 2018 09:50

Nizami Kino Mərkəzi daha bir türk dramı “Hadi be oglum” filmini təqdim edəcək. Olaylar.az bildirir ki, rejissor Boran Egemenin lentə aldığı “Hadi be oglum” filmi, sezonun ən baxımlı filmi olacağı bildirilir.

Yaşayış evi çökdü: 10 ölü

23 Fevral 2018 09:47

Teatrda Xocalı faciəsinin 26 -cı ildönümü 

23 Fevral 2018 09:45

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb. Olaylar.az bildirir ki, anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışaraq Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb.

Nizami Kino Mərkəzində "İran Kinosu Günləri" 

23 Fevral 2018 09:43

Fevralın 23- də Nizami Kino Mərkəzində İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə və Nizami Kino Mərkəzinin dəstəyi ilə “Iran Kinosu Günləri”nin açılış mərasimi keçiriləcək. Olaylar.az bildirir ki, açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, İran səfirliyini fövqəladə və səlahiyyətli səfiri doktor Cavad Cahangirzadə, Mədəniyyət və İslami Əlaqələr Mərkəzinin sədri doktor Abuzər İbrahimi Türkman, və İran kinematoqrafiyasının tanınmış simaları iştirak edəcək.

Muğam Mərkəzində “Fortepiano musiqisi axşamı” adlı konsert 

23 Fevral 2018 09:40

Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində “Fortepiano musiqisi axşamı” adlı konsert keçirilib. Olaylar.az bildirir ki, gecədə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin fortepiano ixtisası üzrə magistraturasının 1-ci kurs tələbəsi Muxtar Abseynov dünya klassik bəstəkarlarından İ.S.Baxın, V.A, Motsartın, F.Şopenin, Azərbaycan bəstəkarlarından A.Bəbirovun əsərlərini ifa edib. 

Avropa Liqasında QAN TÖKÜLDÜ - Polis öldürüldü 

23 Fevral 2018 09:38

Avropa Liqasının 1/16 final mərhələsində "Atletik" (İspaniya) - "Spartak" (Rusiya) oyunu ərəfəsində fanatlar arasında insident yaşanıb. Qonaq komandanın azarkeşləri asayişi pozaraq polislərə müqavimət göstərib.

“Tibbi maarifləndirmə” proqramında növbəti tədbir

23 Fevral 2018 09:25

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Afət Məmmədovanın Binəqədi Gənclər Evində tibbi maarifləndirici mühazirəsi təşkil olunub. Olaylar.az bildirir ki, 18 nömrəli Bakı Peşə Liseyi və Bakı Humanitar Kollecinin bir qrup tələbə qızlarının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda keçirilmiş tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova açıb.

“Qırmızı Kitab”ın əsasnaməsində dəyişiklik edildi

23 Fevral 2018 09:18

Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında əsasnamədə dəyişiklik edib. Bu barədə sənədi Baş nazir Artir Rasi-zadə imzalayıb.