Misirin paytaxtı Qahirədə beş mərtəbəli yaşayış evinin çökməsi nəticəsində azı 10 nəfər ölüb.
Hadisə əhalinin yoxsul təbəqəsinin sıx yaşadığı Maşiət Nəsr rayonunda baş verib.
Ölənlərin sayının artacağı istisna olunmur.
Yerli statistikaya əsasən, Misirdə 2 milyonadək ev yaşayış üçün təhlükəli hesab edilir. Publika.az