“Hadi be oğlum” filmi Nizami Kino Mərkəzində

Nizami Kino Mərkəzi daha bir türk dramı “Hadi be oglum” filmini təqdim edəcək. Olaylar.az bildirir ki, rejissor Boran Egemenin lentə aldığı “Hadi be oglum” filmi, sezonun ən baxımlı filmi olacağı bildirilir.

Nizami Kino Mərkəzi daha bir türk dramı "Hadi be oglum" filmini təqdim edəcək. Olaylar.az bildirir ki, rejissor Boran Egemenin lentə aldığı "Hadi be oglum" filmi, sezonun ən baxımlı filmi olacağı bildirilir. 

Balıqçı Ali həyatını oğlu Efeye həsr edib. Efe başqa uşaqlardan fərqlidir. Ətrafdakılarla münasibət qurmaqda əziyyət çəkən Efe, atası ilə də bu problemi yaşayır. Alinin ən böyük istəyi ,oğlunun onu anladığını bilməsidir.Valideynlərinin və sevdiyi qadının acı xatirələrini daşıyan Alinin, oğluna duyduğu sevgisi ikisinin də həyatını işıqlandıracaq...

Ata və oğul hekayəsinin baş qəhrəmanlarını, balıqçı Alini - türkiyənin ən populyar aktyoru Kivanc Tatlıtuğ, Efe obrazını Alihan Terkdemir canlandırıblar. Filmdə, həmçinin aktyorlar Büşra Develi və Yücel Erten de yer alıblar.

Film haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31